“Mən bunu deyəndə içkiliydim?” - Miri Yusifi ələ saldığı deyilən Murad Arif - VİDEO
Bizi izləyin

Magazin1

“Mən bunu deyəndə içkiliydim?” - Miri Yusifi ələ saldığı deyilən Murad Arif - VİDEO

ARB TV-nin “Açıq pəncərə” proqramının növbəti qonağı müğənni-aparıcı Murad Arif olub.

Publika.az xəbər verir ki, Murad Arif onun haqqında çıxan xəbərləri tez-tez izlədiyini bildirib:

“Tez-tez “Google”a adımı yazıb baxıram ki, haqqımda nələr yazıblar. Hərdən demədiyimi yazırlar, bəzən dediyimi elə yazırlar ki, fikirləşirəm ki, mən bunu deyəndə içkiliydim?"

Müğənni mediada onunla bağlı yalan məlumatların başına bəla da olduğunu söyləyib:

“Xəbərimin birini şişirtmişdilər. Dostumla üz-üzə qoyublar hətta. Bir müsahibəmdə mahnıları təhlil edirdim. Mahnılardan biri Miri Yusifin idi. Xoş sözlər də dedim, tənqid də dedim efirə getdi. Sadəcə belə bir başlıqla xəbər getdi ki, Murad Arif Miri Yusifi ələ saldı. Çox əsəbiləşdim. Qarşı tərəf zəng edib dedi ki, biz sənə inanırıq, zəng etmişik sənə. Heç xəbəri açmamışıq. Dedim ki, bunu yazana nə deyəsən”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm