Magazin1
Xalq artisti ilə Raufdan MÖHTƏŞƏM KLİP - VİDEO
Hər ikisi Azərbaycan pop musiqisində partlayışları, öz tərzi, heç kimə bənzəməməsi və çox hiperaktiv olmaları ilə seçilir. Biri Xalq artisti, illərlə gündəmdən düşməyən - Pop Diva Aygün Kazımova, digəri Cem Yılmazın tvitlər həsr etdiyi, rəqsləri, jestləri, musiqisi ilə xaricilərin belə gözündən yayınmayan dance-pop şahzadəsi Rauf.
Publika.az xəbər verir ki, onları "Mərkəz" və "SS production" da bir-birinə yaraşdırıb. Nəticədə iki ulduzun yeni dueti meydana çıxıb. Aygün Kazımova ilə Rauf sözləri və musiqisi Nicat Məlikova aid olan "Yaraşdın mənə" adlı mahnı ifa edib, habelə ona çox dinamik klip çəkdirib. Duet üçün bir araya gələn iki ulduz enerjili olduqlarını klip çəkilişlərində də sübut edib. 1920-ci illərin retro tərzini və "Böyük Getsbi" filmini xatırladan "Yaraşdın mənə" mahnısının klipinin rejissorluğunu da Nicat Məlikov öz üzərinə götürüb.
Musiqi prodüseri Fərid İsmayılov, səs prodüserləri Ramin Vəlibəyov və İsmayıl Əsədov olan mahnının klip çəkilişləri zamanı Azərbaycanın ən yaxşıları toplandı. Aygün Kazımovanın obrazı üzərində tanınmış stilist dizayner Rüfət İsmayıl, makyajı üzərində isə Ruxa çalışdı. Rauf isə öz geyimlərini KNGRL brendindən seçib, görkəmini Kadır Amirə etibar edib.
SS production və Mərkəz production imzalı bu gözəl layihənin əsas təşəbbüskarı isə Baş prodüser Aysel Rəcəblidir. "Yaraşdın mənə" klipini və mahnısını tamaşaçıların və izləyicilərin xoş seyrinə təqdim edirik.
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...
-
Region18 Aprel 21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO