Azərbaycanlı biznes-ledi "Liatris Holdinq"in təntənəli açılışını etdi - FOTO
Bizi izləyin

Magazin1

Azərbaycanlı biznes-ledi "Liatris Holdinq"in təntənəli açılışını etdi - FOTO

Azərbaycanda stil ikonası və biznes-ledi kimi tanınan Ruhi Əliyevanın sahibi olduğu “Liatris Holdinq”in açılış mərasimi baş tutub.

Publika.az xəbər verir ki, Ruhi Əliyeva həm də "Liatris Holdinq" şirkətlər qrupuna aid olan “Liatris Travel” Tibbi və Səyahət Şirkətinin rəhbəridir. “Liatris Travel” "Liatris Holding" şirkətlər qrupuna aid olan Tibbi və Səyahət Şirkəti 2018-ci ildən olaraq Azərbaycanda və Dünyanın İstənilən ölkəsində Tibbi, İstirahət və Biznes səyahətlərinin təşkilində aktiv və yenilikçi şirkətdir.

Açılış mərasimində Xalq artisti Brilliant Dadaşova və oğlu Cahad, modelyer Afaq İsmayılzadə, aktyorlardan Rafael İsgəndərov, Coşqun Rəhimov, Müşfiq Abbasov, aparıcılardan Kamilə Babayeva, Hüsniyə Məhərrəmova, Ranar Musayev, rəqqasə Fatimə, Hacı Nuran, müğənnilərdən Xatirə İslam, Elton Hüseynəliyev, Şəbnəm Tovuzlu, Sevda Yahyayeva və başqaları olub.

Ruhi Əliyeva qırmızı lenti kəsdikdən sonra turizm şirkətini qurmaq ideyasının necə yarandığından bəhs edib:

“Keçən il çox səyahət etdim və səfərlərimdə bir çox boşluqlar gördüm. Səyahət zamanı qaldığımız hotellərdə hamımız tez-tez müəyyən problemlərlə üzləşirik. Qarşılaşdığım narahatçılıqlar məni sövq etdi ki, özümün turizm agentliyini qurum. Turizm sahəsində çalışan peşəkar iş adamlarıyla görüşdüm, müəyyən problemlər olduğunu onlar da etiraf etdi. Eyni zamanda stimul verdilər ki, biz onları aradan qaldıra və istənilən təbəqəni sərfəli səyahət tur paketləri ilə təmin edə biləcəyik.

Bütün işlərə birbaşa özüm nəzarət edirəm. Ümumiyyətlə, əhaliyə yüksək səviyyədə xidmət göstərmək, onları zövqlə qarşılamaq, yola salmaq və razı salmaq həm gözəl, həm çətin, həm də məsuliyyətli işdir. İnanıram ki, bu biznesdə kifayət qədər uğur qazana və seçilən şirkətlərdən biri ola biləcəyik. Sözsüz ki, bu işdə peşəkar, işinə ciddi və məsuliyyətlə yanaşan işçilərimin payı böyükdür. Əhatəmizə turizm sahəsində 7-8 il təcrübəsi olan peşəkarları yığmışıq".

R.Əliyevanın sözlərinə görə, holdinqdə imkanı yüksək olmayan əhali üçün də münasib qiymətə və keyfiyyətli tur paketləri təklif olunur:

"Tanıdığım ailələr var ki, yayda səmərəli və sərfəli şəkildə istirahət etmək üçün ilboyu pul yığır. Amma bəzi turizm şirkətləri onları aldadaraq şəkildə göstərdikləri otaq və hotellərə deyil, vəziyyəti bərbad olan yerlərə göndəriblər. Nəticədə tətildən üzüqara qayıdıblar. Bu, dərhal əhval-ruhiyyəmizə təsir edir. Belə hadisələrin baş verməsi çox məyusedicidir. Maddi baxımdan imkanları yüksək olmayan insanların ucuz və keyfiyyətsiz səyahət turlarından istifadə etməsinə könlüm razı olmadı. Qərar verdim ki, öz holdinqimi yaradım, onlar üçün münasib və keyfiyyətli səyahət turları təşkil edim. Çox istərdim ki, Azərbaycan xalqı getdiyi ölkələrdə həmişə çox sərfəli, komfortlu və əyləncəli şəkildə dincəlsin.

3 və 4 ulduzlu hotellər var ki, bəzi 5 ulduzlu hotellərdən geri qalmır. 3 ulduzlu hotellərdə də vətəndaşlarımızı yüksək səviyyədə qarşılayan personal xidməti fəaliyyət göstərəcək. Hətta biznesmenləri, məmurları, vəzifəli şəxsləri və onların ailələrini cangüdənlərlə təmin edirik. Bizi hər kəs sevə bilməz, odur ki, onların həyatını sığortalamaq işimizdir. Turizm şirkəti olaraq buna da həll yolu tapmışıq.

Əlbəttə ki, biznes sahəsində qazanc vacib faktorlardan biridir, lakin işçi heyətim də bilir ki, insani tərəflər və peşəkar xidmət səviyyəsi hər şeydən öndə dayanır”.

Biznes-ledi onu da vurğulayıb ki, “Liatris Holdinq”in əsas fərqi ondadır ki, xaricdə müalicə alan xəstələr üçün tibbi səyahət tur paketləri də təşkil edilir:

“Xəstələr üçün savadlı həkimlər tapırıq. Hətta imkan yaradırıq ki, yaşlı və ya kimsəsiz insanların yanında onlara qulluq edə biləcək refaketçilər (müşayiətçi) olsun. Xəstələri müalicə edən həkimləri ətraflı araşdırırıq. Onu da deməliyəm ki, reklamı çox olan həkimlərə qaçmaq olmaz. Azərbaycan xalqını belə məsələlərdə aldadan həkimlər çoxdur. Vaxtilə özüm də belə səhvlər etmişəm”.

Aytən

Foto: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm