Nigar Camal o insanları belə cəzalandırdı: “Uç bloka...”
Bizi izləyin

Magazin1

Nigar Camal o insanları belə cəzalandırdı: “Uç bloka...”

Nigar Camal sosial şəbəkədə ünvanına yazılan ittihamlara cavab verib.

Publika.az xəbər verir ki, 37 yaşlı müğənni bildirib ki, neqativ rəy yazan əsəbi insanları dərhal bloka atır:

“Yaxınlarım mənə tez-tez irad tuturlar ki, niyə instaqramda yazılan şərhlərə cavab verirəm? Niyə gülməli çarxları paylaşıram? Deyirlər ki, insanlar bunu başa düşmür və soyuq olmaq lazımdır. Bəlkə də onlara qulaq asmalıyam. Amma insanların fikirləri mənim üçün maraqlıdır. Onlarla ünsiyyətdə olmaq və fikirlərini bölüşmək maraqlıdır. Zəhlətökən və kinli insanları, yaxud da tanış adamların saxta profillərini rəfiqəmin söylədiyi kimi “uç bloka” deyib qara siyahıya atır və yaxşı yol arzulayırıq”.

Xatırladaq ki, Nigar Camal 2011-ci ildə Eldar Qasımovla birgə Almaniyanın Düsseldorf şəhərində baş tutan 56-cı “Eurovision” mahnı müsabiqəsinin qalib olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm