Daha bir aparıcı “Maşın” şoudan GETDİ - FOTO
Bizi izləyin

Magazin1

Daha bir aparıcı “Maşın” şoudan GETDİ - FOTO

İlhamə Bədəlova "Maşın" şounu tərk edib.

Publika.az xəbər verir ki, “Maşın” realiti-şounun 7-ci günündə səsverməyə instaqramda paylaşdığı vaynlar sayəsində populyarlaşan Hüseyn Əzizoğlu çıxıb.

Verilişin əvvəlindən açıq mübarizə aparan H.Əzizoğlu hədəfinin aparıcı İlhamə Bədəlova olduğunu deyib. 57,48 faiz səs toplayan gənc aktyor verilişin sonunda fikrini dəyişməyib və oyundan İ.Bədəlovanı çıxardıb.

"Maşın"ın bütün iştirakçıları İlhamə Bədəlovanın əvvəlcədən hər kəslə kobud və sərt rəftar etdiyi desə də, aparıcı sonda hər kəsə jest edib. Belə ki, o, bütün iştirakçılarla tək-tək sağollaşaraq oyunu tərk edib.

Xatırladaq ki, dünən səsverməyə çıxan reper Qurdun da hədəfi İlhamə Bədəlova idi. Lakin səs toplaya bilməyən reper oyunu özü tərk etməli olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm