Aynur Dadaşova uzun aradan sonra efirə çıxdı və... - VİDEO
Bizi izləyin

Magazin1

Aynur Dadaşova uzun aradan sonra efirə çıxdı və... - VİDEO

ARB Ulduz-un “Virtual həyat” verilişinin qonağı olan müğənni Aynur Dadaşova maraqlı açıqlamalar verib.

Publika.az xəbər verir ki, uzun müddət karyerasına fasilə verən ifaçı həmkarlarından və televiziyalardan incidiyini bildirib:

“Geri dönən kimi bəzi xoşagəlməz məqamlarla qarşılaşdım, verilişlərdən incidim. İstədiyim ab-hava olmadığı üçün geri çəkildim. Sonra fikirləşdim ki, axı özümə söz vermişəm. Yeni mahnılarım studiyada hazırlıq mərhələsindəydi, mən onları oxumalıydım. Qərarlaşdırdım ki, incimək lazım deyil, oxumaq lazımdır”.

Şəxsi həyatıyla gündəmə gəlmək istəmədiyini açıq etiraf edən müğənni tamaşaçını şablon intriqalarla yormaq istəmir:

“Heç xoşlamıram ki, ailəmlə, uşaqlarımla gündəmə gəlim. Açıqlama verim ki, ay bu, mənim övladımdır, ailəmdə bu baş verdi. Adamın iç dünyası öz daxilində qalmalıdır. Tamaşaçı məndən mahnı, konsert gözləyir. Tamaşçıya içinin bir sözünü deyəcəksən, hərə bir cür fikir irəli sürəcək. Onsuz da efirə çıxan kimi olmayan sözlər yayılır. Özün də təəccüblənirsən ki, belə şey yoxdur, niyə danışırlar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm