"Diriliş Ertuğrul"un azərbaycanlı aktrisası türklər üçün mahnı oxudu - VİDEO
Bizi izləyin

Magazin1

"Diriliş Ertuğrul"un azərbaycanlı aktrisası türklər üçün mahnı oxudu - VİDEO

Azərbaycanlı aktrisa Könül Nağıyeva bu dəfə ifası ilə gündəm yaradıb.

Publika.az xəbər verir ki, Könül Nağıyeva "Facebook"da 6 milyon abunəçisi olan "Yook Artık" adlı səhifənin canlı yayım qonağı olub. Aktrisa təqibçilərin xahişi ilə Azərbaycan dilində mahnı səsləndirib.

Gözlənilməz xahişlə qarşılaşdığını deyən aktrisa "Küçələrə su səpmişəm" adlı retro mahnısı oxuyub. Sonda isə bildirib ki, o, müğənni deyil və sadəcə aktrisadır.

Xatırladaq ki, həmyerlimiz "Diriliş Ertuğrul" da "Almıla" obrazının ölüm səhnəsi ilə serialın mövsüm finalına damğa vurmuşdu. O, təsirli və inandırıcı rolu ilə türklərin rəğbətini qazanmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm