Azərbaycanlı məşhurlar "Milli Atçılıq Festivalı" çərçivəsində xeyriyyə tədbirində - FOTO
Bizi izləyin

Magazin1

Azərbaycanlı məşhurlar "Milli Atçılıq Festivalı" çərçivəsində xeyriyyə tədbirində - FOTO

"Milli Atçılıq Festivalı" çərçivəsində Azərbaycan Respublikası Atçılıq Federasiyası və "Həyat" fondunun birgə təşkilatçılığı ilə Milli Qurtuluş günü, Ramazan bayramı eləcə də Ümummilli lider Heydər Əliyevin 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar 13 iyun 2018-ci il tarixində, Binə Atçılıq mərkəzi nəzdində xeyriyyə aksiyası baş tutdu.

Publika.az xəbər verir ki, "Həyat" Fondunun bir illiyinə həsr olunan silsilə tədbirlərin davamı olaraq keçirilən aksiyada uşaq evlərində, internat məktəblərində tərbiyə alan kimsəsiz uşaqlar, həmçinin serebral iflic, autizm, nevroz, daun sindromu kimi xəstəliklərdən əziyyət çəkən uşaqlar iştirak ediblər.

Tədbiri giriş sözüylə açan "Həyat" Fondunun rəhbəri Nuran Hüseynov hər kəsi salamlayaraq bu işdə dəstək olan insanlara və qurumlara təşəkkürünü bildirib.

Əvvəlcə milli çaparlar Qarabağ atları ilə möhtəşəm şou nümayiş etdirib. Ardından sərhədçi idman klubu polo oyunundan nümunə təqdim edib. Daha sonra uşaqlara hippo-terapiya haqqında geniş məlumat verilib, atlarla xüsusi tanışlıq olub.

Xeyriyyə tədbirində incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı təqdim olunub. Konsert proqramı "Natiq" ritm qrupunun xüsusi nömrəsi ilə açıq elan edilib. Tədbirdə Xalq artisti Ənvər Sadıqov, əməkdar artistlər Elza Seyidcahan, Səlim Abbasov, müğənnilərdən Murad Arif, Pərviz Abdullayev, Vüqar Kamiloğlu, Əhməd Mustafayev, Əli Kərimov, Aysun, Məryam və başqaları çıxıb edib.

Xalq artisti Natiq Şirinov "Həyat" Fondunun səfiri seçilib və fondun rəhbəri Nuran Hüseynov tərəfindən ona döş nişanı təqdim edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm