İlkin Həsəninin əsgərlik xatirələri: “Çörəyimdən kəsdilər, kolbasa yedilər, getdilər Nabrana” - - FOTO
Bizi izləyin

Magazin1

İlkin Həsəninin əsgərlik xatirələri: “Çörəyimdən kəsdilər, kolbasa yedilər, getdilər Nabrana” - - FOTO

Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirilib.

Publika.az xəbər verir ki, aparıcı və aktyor İlkin Həsəni bu münasibətlə sosial şəbəkədə əsgərlik şəkillərini paylaşıb. Məşhur aktyor daha sonra xatirələrini yada salıb:

"Dünən əsgərlik arxivimdə eşələnirdim bunu tapdım. Deməli, 2006-nın isti avqustudur, əsgərlərlə görüş vaxtıdır. Yeməkxanaya baxıram, maşallah valideyinlər, əsgərlər, səmimi söhbətlər, yemək - içmək, qril, peraşki, kabab, evdə bişmiş dolma, kola, fanta və s. Hamının əhvalı xoş idi. Bir də gördüm NBM əsgəri yaxınlaşıb ki, Həsənli (soyadımı həmişə səhv deyirdilər) yanına gələn var. Bir də gördüm Elşən Orucov, Emil Bədəlov, Ruslan Əhmədov, Rüfət Abbasov gəlir. Sağ olsunlar əli dolu gəlmişdilər, 1 zavod çörəyi, 1 kolbasa və bir dənə də vaxtı keçmiş yantar pendiri ilə. Yaxşı dedik, güldük, çörəyimdən kəsdilər, kolbasa yedilər getdilər Nabrana. Sən demə Nabrana gedirmişlər, yolüstü Xudata mənə dəyməyə gəliblər. Dostlarınızı sevin dostlar".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm