“Xalq artistləri paxıllığımı çəkir” – Anar Ağakişiyev etiraf etdi – VİDEO
Bizi izləyin

Magazin1

“Xalq artistləri paxıllığımı çəkir” – Anar Ağakişiyev etiraf etdi – VİDEO

ARB Ulduz-un “Virtual həyat” verilişinin qonağı olan stilist Anar Ağakişiyev maraqlı açıqlamalar verib.

Publika.az xəbər verir ki, stilist insanların paxıllığından şikayətlənib:

“İnsanların paxıllıqları məni yorur. Bir az da istirahət lazımdır deyə yavaş-yavaş istirahətə doğru gedirəm. Ümumiyyətlə, bu paxıllıqlar məni çox yorur. Paxıl olmasınlar, gülərüz olsunlar. Nə mən onların olduğu pilləyə düşüb onların mövqeyində ola bilərəm, nə də onlar mənim olduğum pilləyə qalxıb, mənim mövqeyimdə ola bilərlər”.

Stilist şou əhlindən, deyəsən, elə inciyib ki, bu gün Anarın ətrafında müğənnilərdən kimisə görmək bir qədər müşkül məsələyə çevrilib:

“Şou əhlindən tamamilə uzaqlaşmışam. Şou-biznes nümayəndələrindən heç biri ilə yaxın münasibətim yoxdur. Bəziləri istifadəçi və fürsətçidir, bir qismi paxıldır. Ona görə də heç kimlə münasibətim yoxdur. Xalq artistləri paxıllığımı çəkirlər. Düşünürlər ki, niyə biz onun yerində deyilik, niyə biz onun kimi tanınmırıq? Mənəm mənəm deyən heç bir müğənni qarşıma çıxa bilməz”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm