Safura Əliyeva həyat yoldaşı ilə gecəyarı yaxtada - VİDEO
Bizi izləyin

Magazin1

Safura Əliyeva həyat yoldaşı ilə gecəyarı yaxtada - VİDEO

Mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə evli olan Safura Əliyevanın dəniz istirahətindən görüntüləri diqqət çəkib.

Publika.az xəbər verir ki, həyat yoldaşı Fərhad Əliyevlə Bodrumda dincələn Safura Əliyeva tətildən maraqlı kadrları instaqramda paylaşıb. S.Əlizadə daha sonra dünən qeyd olunan Ailə Günü münasibətilə hər kəsi təbrik edib:

“Ailə hər bir insanın həyatında dəyərsiz və toxunulmazdır. Bu ocağı biz özümüz qurur, illərlə möhkəmləndirir və qoruyuruq. Uşaqlar gələcəyimizdir, məhəbbət isə bizi həmişə müşayiət edəcək istilikdir. Hər kəsin Ailə Günü mübarəkdir!”

Gecə yaxta ilə dəniz turuna çıxan cütlüyün videosunu təqdim edirik:

Xatırladaq ki, S.Əliyeva Azərbaycanı 2010-ci ildə “Eurovision” musiqi yarışmasında layiqli şəkildə təmsil edərək 5-ci yerdə qərarlaşıb. Mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurduqdan sonra müğənnilik karyerası ilə birdəfəlik vidalaşan Safura 2 övlad sahibidir.

Fərhad Əliyevin ilk nikahından Aliyə adlı daha bir qızı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm