• USD 1,7000 0,00% EUR 1,8813 +0,09%
    • GBP 2,2355 +0,04% RUB 0,0268 +0,37%

Məşhur azərbaycanlı aparıcı ABŞ-a KÖÇDÜ - FOTO

  • Magazin1
  • 10 İyul 2018 14:31
  • 1 158 Baxış
Məşhur azərbaycanlı aparıcı ABŞ-a KÖÇDÜ - FOTO

Tanınmış aparıcı və bloger Günel Hümbətova qızı ilə birlikdə həyat yoldaşının yanına, Nyu-Yorka köçüb.

Publika.az xəbər verir ki, bu barədə məşhur özü sosial şəbəkədə məlumat verib. O, feysbuk səhifəsində artıq Nyu-Yorkda olduğunu bildirib və oranın saat rejiminə öyrəşə bilmədiyi üçün narahatlıq keçirdiyini bildirib.

Aparıcının sözlərinə görə, ABŞ-a birdəfəlik köçməyib. İlin yarısını Bakıda, yarısını isə Nyu-Yorkda yaşayacaq:

“Mən xaricə köçən kimi Bakını tanımayan, üz döndərən insanlardan deyiləm. Bakını sevirəm və ondan əl çəkəsi deyiləm. İnsan vətənini, doğmalarını və kökünü unuda bilməz!”

Xatırladaq ki, G.Hümbətovanın həyat yoldaşı Firuz Soliyev Amerikada yaşayır. Onlar 2015-ci ilin dekabrında ailə həyatı qurub. Cütlüyün bu nikahdan Josefina adlı qız övladı var.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR