Aybəniz Haşımova hönkür-hönkür ağladı: “Qardaş qardaşı öldürməz”
Bizi izləyin

Magazin1

Aybəniz Haşımova hönkür-hönkür ağladı: “Qardaş qardaşı öldürməz”

Əməkdar artist Aybəniz Haşımova dünən Gəncədə iki polis zabitinin ölümü ilə nəticələnən aksiyaya biganə qala bilməyib.

Publika.az xəbər verir ki, müğənni instaqram hesabında “Dədə Qorqud” filmindən təsirli kadrları paylaşaraq hadisəyə münasibətini belə ifadə edib:

“Gəncədə baş verən hadisə ilə bağlı xəbərləri oxuyanda az qaldı ki, ürəyim dayansın. “Dədə Qorqud” filmi yayımlananda uşaq idim və həmişə bu hissəsinə baxanda hönkür-hönkür ağlayardım... Əgər əvvəllər bu filmə baxıb ağlayır və üzülərdimsə, dünən Gəncəmə, millətimə baxıb ağlamışam. Axı qardaş qardaşı öldürməz!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm