İlkin Həsəni ona “görəndə əsəbimdən partlayıram” deyən Xalq artistinə GÖRÜN NƏLƏR DEDİ
Bizi izləyin

Magazin1

İlkin Həsəni ona “görəndə əsəbimdən partlayıram” deyən Xalq artistinə GÖRÜN NƏLƏR DEDİ

İlkin Həsəni Xalq artisti, tanınmış aktrisa Elmira Şabanovanın “Bozbaş Pictures”in çəkdiklərinə baxanda əsəbimdən partlayıram” sözlərinə cavab verib.

Publika.az xəbər ki, tanınmış aparıcı və aktyor Xalq artistinin tənqidini yumşaq qarşılayıb:

“Xalq artistimizdir, onu çox sevirik və dediklərini də hörmətlə qarşılayırıq”, - deyə İlkin Həsəni bildirib.

Qeyd edək ki, müasir filmlərdən gileylənən 77 yaşlı Elmira Şabanova yenicag.az saytına verdiyi açıqlamada bunları deyib:

“Uzun müddətdir ki, nə efirlərə çıxıram, nə də yaradıcılıqla məşğul oluram. Hər şeydən imtina etmişəm, bunun da səbəbləri var. Azərbaycanda 30-dan artıq filmə çəkilmişəm, amma bu gün kinodan danışmağa dəyməz. Kino diriykən basdırılıb, mən də onun içində. Ortalığa düşüb, guya film çəkirlər. Amma nə düz-əməlli ssenarisi var, nə də rejissor işi. Danışanda da olursan pis, düşmən qazanırsan. Susursan, özünə ziyan edirsən, dözmək çətindir. “Bozbaş Pictures”in çəkdiklərinə baxanda əsəbimdən partlayıram. Eləcə də o biriləri. İstər Elməddin olsun, istər Fərda, ya başqaları. Nə qədər şit-şit gülmək olar? Belə bayağılıqla nə vaxta qədər gündəmə gəlmək olar? Məsələ burasındadır ki, onların çəkdiklərinə elə özləri gülür, camaat, tamaşaçı gülmür. Belə bayağı filmləri görəndə məcburam efirlərdən, tədbirlərdən, medyadan uzaq gəzim. Çünki səhhətimə ziyan vurmaq istəmirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm