Elza Seyidcahan ADO teatrının yubileyində çıxış edəcək
Bizi izləyin

Magazin1

Elza Seyidcahan ADO teatrının yubileyində çıxış edəcək

Əməkdar artist Elza Seyidcahan ilk müstəqil teatr olan ADO-nun yubiley tədbirində çıxış edəcək. Teatr heyəti yubiley tədbirində musiqili performans təqdim edəcək, bəstəkarın “Yenə o bağ olaydı” kompozisiyasından çıxarış əsasında “Əşyaların” şeirinin təqdimatı da olacaq.

Publika.az xəbər verir ki, Azərbaycanın ilk müstəqil teatrı olan ADO`nun (Azərbaycan Dağınıq Oda teatrı) təntənəli yubiley tədbiri olacaq. Alternativliyi, fərqli üslubu, modern, kreativ, art-underground nümayişləri ilə hər zaman diqqət çəkən və ölkə mədəniyyətində canlanma yaratmaqdan yorulmayan ADO iyulun 15-də 5 yaşın tamamı, 6-cı mövsümün açılışını edəcək.

Hər il ad günü tədbirlərini müxtəlif üslub və məkanlarda keçirən ADO Theatre – Collective bu il 6-cı sezonunun açılışını açıq havada – “Luna Project”də edəcək. #ADOsezon6 adlı genişmiqyaslı tədbir saat 20:00-dan başlayacaq.

Tədbirin əsas proqramı:

ADO`nun performansları ~ “Dağınıq bir Oda 2”, “Əşyalar”, “Araqarışdıran”, “10 sm”, “Hamam” və başqaları.

Teatrın qurucusu Elmin Bədəlovun “ADO yolu” çıxışı.

Rəssam Leyla Quliyevanın sərgisi.

Breyk-dans şou: Jam SS

DJ: Toğrul

Musiqiçilərin ifaları.

Kitab təqdimatı və digər sürprizlər.

***

Qeyd edək ki, ADO Theatre – Collective 2013-cü ildə Elmin Bədəlov tərəfindən “Oda” adı ilə yaradılıb. ADO ölkənin ilk müstəqil fəaliyyətə başlamış teatrıdır. Klassik teatr ənənələrindən uzaq, çağdaş teatr kimi qəbul olunub. ADO kollektivi hər kəsi öz yubiley tədbirinə dəvət edir.

Giriş sərbəstdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm