İfası ilə “O Səs Türkiyə”ni heyran edən 19 yaşlı azərbaycanlıdan MÖHTƏŞƏM LAYİHƏ - VİDEO
Bizi izləyin

Magazin1

İfası ilə “O Səs Türkiyə”ni heyran edən 19 yaşlı azərbaycanlıdan MÖHTƏŞƏM LAYİHƏ - VİDEO

Güclü səs diapazonu ilə Türkiyəni özünə heyran qoyan müğənni Ayla Ray yeni layihə ilə tamaşaçıların qarşısına çıxıb.

Publika.az xəbər verir ki, “O səs Türkiyə” müsabiqəsində bütün münsiflərin səsinə heyran qaldığı Ayla Ray “Diye-Diye” adlı yeni mahnısını və klipini təqdim edib.

İfaçı bu dəfə türkiyəli DJ Kanun Yıldırımla birlikdə musiqisi Gövhər Həsənzadə və Ayşe Birgül Yılmaza aid olan "Diye diye" mahnısına yeni nəfəs verib.

İfaçının sözlərinə görə, təklif Almaniyada yaşayan DJ-dən gəlib:

"Görüşüb danışdıqdan sonra Gövhər xanımla birlikdə Türkiyəyə yollandıq. Klip və yeni aranjeman “Unuvar Production”un istehsalıdır. Sağ olsun, mahnının müəllifi olan Gövhər xanım həm studiyada, həm də klip çəkilişlərində yanımda oldu. Klipin Azərbaycanla yanaşı Türkiyə kanallarında da yayımlanması nəzərdə tutulub".

Xatırladaq ki, sözügedən mahnını illər öncə Ella adlı müğənni oxuyub.

Məlumat üçün bildirək ki, Ayla Rayın şou-biznesdə ən böyük dəstəkçisi müğənni Nura Suridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm