“Jara” festivalında çıxış edəcək azərbaycanlı məşhurlar - FOTO
Bizi izləyin

Magazin1

“Jara” festivalında çıxış edəcək azərbaycanlı məşhurlar - FOTO

“Jara-2018” Beynəlxalq Musiqi Festivalının start götürməsinə sayılı günlər qalıb.

Publika.az xəbər verir ki, Musiqi Festivalı iyulun 26-dan 29-dək davam edəcək. Festivalda çıxış edən azərbaycanlı məşhurların adları açıqlanıb.

Xalq artisti Aygün Kazımova, Samir Bağırov, “Eurovision- 2018” təmsilçimiz Aysel Məmmədova və Səmra Rəhimli, əməkdar artist Sevda Ələkbərzadə, Manana, Caparidze, gənc ifaçı Cəmilə Haşımova (Jiva) , Rusiyada fəaliyyət göstərən müğənnilər Elman Zeynalov və Sultan Məşədiyev səhnədə çıxış edəcəklər.

Qeyd edək ki, "Jara-2018” musiqi festivalının təşkilatçıları Azərbaycanın xalq artisti, müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, "Russkoye radio”nun və "Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Festivalın açılış mərasimində Qriqori Leps, Ani Lorak, Svetlana Loboda, Emin Ağalarov , A`Studio, Dima Bilan, Sergey Lazarev, Qlyuk’oza, Qradusı, Nyuşa, Nastya Kamenskix, Slava, Aleksey Çumakov, Artik & Asti, Black Star, Timati, Yeqor Krid, Mot, Xanna, Mişa Marvin və digər məşhur musiqiçilərin iştirakı ilə qala-konsert olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm