Rusların Azərbaycanda inanılmaz sərgüzəştləri - FOTO
Bizi izləyin

Magazin1

Rusların Azərbaycanda inanılmaz sərgüzəştləri - FOTO

“Park Cinema”da Aleksandr Sekalonun rəhbərliyi altında rus komediya filmi olan “Kilimandjara”nın nümayişi baş tutub.

Publika.az xəbər verir ki, qala gecəsinin qonaqları arasında Tahir və Cabir İmanov qardaşları, Bəhram Bağırzadə, Mənsum İbrahimov, aparıcı Leyla Quliyeva, Xədicə Sənanqızı və digər tanınmışlar olub.

Quruluşçu rejissoru Yekaterina Telegina, quruluşçu operator Semyon Yakovlevin olduğu filmin çəkilişləri Bakının görkəmli yerləri və Azərbaycanın gözəl mənzərələrinin fonunda aparılıb. “Kilimandjara” filminin ideyası məşhur şoumenlər Tahir və Cabir İmanovlara (“Planet Parni iz Baku”) aiddir.

Filmdə Rusiyanın Pavel Priluçnıy, İrina Starşenbaum, Artem Suçkov, Timofey Tribunsev, Varvara Borodina, Maria Smolnikova, Azərbaycandan Tahir İmanov, Bəhram Bağırzadə, Azər Məmmədzadə, Cabir İmanov və s. aktyorları çəkilib.

"Kilimancara" yay komediyası Rusiya və Azərbaycan prodüserlərinin beynəlxalq işidir. Ekran işinin baş produseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.

Ekran işi müstəqil Azərbaycanın tarixində ilk filmdir ki, bu gündən etibarən MDB ölkələrinin bütün kinoteatrlarında nümayiş olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm