Nazpəri Dostəliyeva o şəxslərə SƏSLƏNDİ: “Atamın və qardaşımın...”
Bizi izləyin

Magazin1

Nazpəri Dostəliyeva o şəxslərə SƏSLƏNDİ: “Atamın və qardaşımın...”

"Son günlər sosial şəbəkələrdə kimlərinsə səyi və canfəşanlığı nəticəsində haqqımda xoş olmayan fikirlər yazılır. Əslində bu fikirlərin haradan qaynaqlandığını, kimlər tərəfindən ortaya atıldığını bilirəm. Ancaq hər şeyin öz zamanı var. Əminəm ki, haqqımda yazılanlar tamaşaçı, dinləyici yox, uğurlarımı gözü götürməyən, nailiyyətlərimdən xəstəlik tapan bəzi insanların özlərinin və əlaltılarının fikirləridir”.

Publika.az xəbər verir ki, bu sözləri son günlərdə saxta yolla fəlsəfə doktoru elmi ad alması ilə gündəmə gələn Xalq artisti Nazpəri Dostəliyeva deyib. O, instaqramda verdiyi açıqlamada haqqında danışılan iddiaların yalan olduğunu bildirib:

“Xalqıma, millətimə heç vaxt yalan danışmadım, onların qarşısına layiq bilmədiyim libaslarda çıxmadım, hər bir tamaşaçını öz ailə üzvüm bildim. Bu gün də belədir. Atamın, qardaşlarımın qarşısında geyinməyi rəva bilmədiyim geyimlərimi tamaşaçıma da rəva bilmədim. Çünki məni bu yerə tamaşaçım gətirib. Bu gün də onlara arxalanıram. Bəzi paxıl, mənfur həmkarlarımın bu hücumları qarşısında da güman yerim məhz tamaşaçımdır. Onların mənə güvənməsi yetərlidir. Kimlərinsə narahatlıq keçirməsi, əngəllər yaratması məni yolumdan döndərə bilməyəcək. Başladığım elmi işi tamamlayıb təhvil verəcəyəm və ondan sonra Allah qismət etsə, daha bir xoş günümü, uğurumu tamaşaçılarımla paylaşacağam".

Daha sonra sənətçi 22 İyul Milli Mətbuat günü münasibətilə jurnalsitləri təbrik edib:

“Hər zaman mətbuatın dəstəyini hiss etmişəm və bu günlərdə əsl mətbuatın nəyə qadir olduğunu bir daha hiss etdim. Kimlərinsə ətrafımda ajiotaj, söz-söhbət yaratmağa cəhd etdiyi bir vaxtda məhz mətbuat mənim yanımda oldu. Nə yaxşı ki varsınız Milli Mətbuatın davamçıları!”

Xatırladaq ki, bir neçə gün əvvəl Xalq artisti Nazpəri Dostəliyeva instaqram səhifəsində “Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi aldığını elan edib. Bu məlumatlar sosial şəbəkələrdə birmənalı qarşılanmamaqla bərabər, həm də müəyyən şübhələrə yol açıb. Çünki Ali Attestasiya Komissiyasının elmi dərəcələrlə bağlı təqdim etdiyi diplomların şəkillərinə baxdıqda məlum olur ki, Nazpəri Dostəliyevanın sosial şəbəkələrdə paylaşdığı foto, sadəcə, möhürsüz arayışdır.

Ali Attestasiya Komissiyasının aparat rəhbəri Arif Quliyev “Əgər etirazını bildirməsə, mən də başqa cür hərəkət edəcəyəm. Oradakı imza da saxtadır, mənim deyil. Blankın özü də Ali Attestasiya Komissiyasının blankı deyil. Bizim blankımız, üzərindəki yazı dəst-xəttimiz başqa cürdür” , - deyə bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm