Emin Ağalarov “Jara” festivalının ilk qonaqlarını BAKIDA BELƏ QARŞILADI - VİDEO
Bizi izləyin

Magazin1

Emin Ağalarov “Jara” festivalının ilk qonaqlarını BAKIDA BELƏ QARŞILADI - VİDEO

Xəbər verdiyimiz kimi, “Jara-2018” Beynəlxalq Musiqi Festivalına bu gündən start verilir.

Publika.az xəbər verir ki, artıq üçüncü dəfədir Bakıda “Jara” Beynəlxalq Musiqi Festivalı keçirilir. Bu festival Azərbaycanda və ümumən MDB məkanında səbirsizliklə gözlənilən hadisədir. Festivalın ilk günündə çıxış edən rusiyalı sənətçilər artıq Bakıdadır. Bakı festivalın iştirakçıları və qonaqları hərarətlə qarşılayıb.

Tədbirin təşkilatçıları Azərbaycanın Xalq artisti, müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, "Russkoye radio”nun və "Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikov səhər saatlarında Bakıya gələn rusiyalı ulduzları möhtəşəm sürprizlə qarşılayıb.

Soqdiana, Andrey Qrizli, Yuliya Baranovskaya, Aleksey Novatskiy, Tomas Nevergri, Natan, Alekseyev, Doni, Burito, Feduk, L'One, MONATIK, Anna Sedokova, Artyom Pivovarov, Qlyuk'oZa, “Vremya i Steklo”, “Qradusi”, Eqor Krid, Klava Koka, Nikolay Baskov, Mot, Serqey Lazarev, Sultan, Timati, Filipp Kirkorov, Elina Çaqa və s. məşhurları Emin Ağalarov rəqs qrupu və milli musiqi sədaları altında qarşılayıb. Xalq artisti qarşılama mərasimindən bəzi kadrları instaqramda paylaşıb. Gürcü əsilli rusiyalı müğənni Qriqoriy Lepsin milli Azərbaycan rəqslərində ifa etməsi xüsusilə maraq doğurub.

Musiqi Festivalı iyulun 26-dan 29-dək davam edəcək.

Festivalda yerli məşhurlardan Xalq artisti Aygün Kazımova, Samir Bağırov, “Eurovision- 2018” təmsilçimiz Aysel Məmmədova və Səmra Rəhimli, əməkdar artist Sevda Ələkbərzadə, Manana, Caparidze və gənc ifaçı Cəmilə Haşımova (Jiva) çıxış edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm