Emin Ağalarovun “Jara 2018” festivalı haqqında ilk AÇIQLAMASI - 75 ULDUZ eyni səhnədə - VİDEO
Bizi izləyin

Magazin1

Emin Ağalarovun “Jara 2018” festivalı haqqında ilk AÇIQLAMASI - 75 ULDUZ eyni səhnədə - VİDEO

Təşkilatçısı Azərbaycanın Xalq artisti Emin Ağalarov və Rusiyanın Xalq artisti Qriqoriy Lepsin olduğu “Jara” Beynəlxalq musiqi festivalına bir neçə dəqiqə sonra start verilir.

Publika.az xəbər verir ki, festivalın ilk günü Soqdiana, Andrey Qrizli, Yuliya Baranovskaya, Aleksey Novatskiy, Tomas Nevergri, Natan, Alekseyev, Doni, Burito, Feduk, L'One, MONATIK, Anna Sedokova, Artyom Pivovarov, Qlyuk'oZa, “Vremya i Steklo”, “Qradusi”, Eqor Krid, Klava Koka, Nikolay Baskov, Mot, Serqey Lazarev, Sultan, Timati, Filipp Kirkorov, Elina Çaqa və digər məşhurlar səhnəyə çıxacaq.

"Bu qədər parlaq ulduz sizin axşamınızı unudulmaz edəcək", - deyə Emin Ağalarov bildirib.

Emin Ağalarov festivaldan öncə keçirilən mətbuat konfransında onu da deyib ki, ötən illərdən fərqli olaraq bu il artistlər daha çox olacaq.

Ümumilikdə isə bu günkü konsert proqramında 75 müğənni isti yay gecəsində öz ifaları ilə tamaşaçılara təkrarolunmaz musiqi gecəsi yaşadacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm