Əfsanəvi Hollivud ulduzu azərbaycanlı Xalq artisti ilə duet oxudu - VİDEO
Bizi izləyin

Magazin1

Əfsanəvi Hollivud ulduzu azərbaycanlı Xalq artisti ilə duet oxudu - VİDEO

Dünyaca məşhur kino ulduzu və Aykido döyüş növü üzrə yeddinci Dan qara kəmər ustası Stiven Siqal “Jara 2018” Beynəlxalq Musiqi Festivalının qonağı olub.

Publika.az xəbər verir ki, festivalın təşkilatçısı, Xalq artisti Emin Ağalarov gecədə tamaşaçılar üçün sürpriz hazırlayıb. Belə ki, musiqiçi festivalın xüsusi qonağı olan Stiven Seqal ilə eyni səhnəni bölüşüb. Onlar konsertdə duet ifa ediblər.

Filip Kirkorov da səhnə şousu və dəbdəbəli kostyumları ilə tamaşaçılarını təəccübləndirə bilib.

75 artistin, müxtəlif ölkələrdən olan yüzlərlə jurnalistin və minlərlə tamaşaçının iştirak etdiyi möhtəşəm festivalın açılışı beş saat fasiləsiz davam edib. Proqrama əsasən festivalın açılış mərasimində Alekseev, Artik & Asti, A`Studio, Brandon Stone, Burito, DoReDos, Doni, EMIN, Feduk, LOBODA, L`One, Monatik, NK, Natan, Nyusha, Aleksandr Panayotov, Aleksey Çumakov, Ani Lorak, Anna Sedokova, Artyom Pivovarov, Vremya i Steklo, Qlyuk’oza, Qradusı, Qriqori Leps, Yeqor Krid, Klava Koka, MOT, Maks Barskix, Mişa Marvin, Nikolay Baskov, Pitsa, Sergey Lazarev, Slava, Soqdiana, Sultan, Timati, Filip Kirkorov, Elina Çaqa, Yuliya Kovalçuk və digər məşhur musiqiçilər çıxış edib.

Ulduzların konsertdən yadda qalan çıxışlarını təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm