“Jara-2018”in həyəcanlı anları
Bizi izləyin

Magazin1

“Jara-2018”in həyəcanlı anları

Bakının “Sea Breeze Resort” istirahət mərkəzində “Jara-2018”in həyəcanlı anları yaşanır.

Publika.az xəbər verir ki, iyulun 27-də - “Jara-2018” Beynəlxalq Musiqi Festivalının ikinci günündə iştirakçıların qırmızı xalı üzərində keçidi başlanıb. İfaçılar Bakı, festival haqqında təəssüratlarını bölüşür, yaradıcılıq yeniliklərindən söz açırlar.

Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Festivalının ikinci günündə tamaşaçıları Leonid Aqutinin və Valeriyanın yubiley gecələri gözləyir.

Habelə Polad Bülbüloğlu, Samir Bağırov, Jasmin, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, The Jigits, Anjelika Varum, Kristina Orbakayte, Lyubov Uspenskaya, Ani Lorak, Qlükoza, Nikolay Baskov, Aleksey Çumakov, A`Studio, The Jigits, Yuliya Kovalçuk, Darya Antonyuk, Slava, Artik & Asti, Natali, Qriqori Leps, Natali, Natalya Podolskaya və başqaları çıxış edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm