“Jara 2018” festivalının 2-ci günündə ULDUZLARIN qırmızı xalı üzərində keçidi - FOTO
Bizi izləyin

Magazin1

“Jara 2018” festivalının 2-ci günündə ULDUZLARIN qırmızı xalı üzərində keçidi - FOTO

Xəbər verdiyimi kimi, hazırda Bakının “Sea Breeze Resort” istirahət mərkəzində keçirilən “Jara-2018” musiqi festivalı davam edir.

Publika.az xəbər verir ki, konsertdən əvvəl rusiyalı və yerli ulduzların qırmızı xalça üzərində keçidi baş tutub. Tədbirin təşkilatçısı Emin Ağalarov gecəyə anası İrina Ağalarova, bacısı Şeyla Ağalarova, atası Araz Ağalarov və oğlu Əli Ağalarovla birlikdə qatılıb.

Qeyd edək ki, 5 saat fasiləsiz davam edən konsertdə Leonid Aqutin və Valeriyanın yubiley gecələri keçiriləcək. Habelə Emin, The Jigits, Aleksandr Panayotov, Aleksey Çumakov, Anjelika Varum, Ani Lorak, Anna Sedokova, Anya Şulqina, Valeriya, Vladimir Presnyakov, Qlyuk’oza, Qriqori Leps, Danil Buranov, Jasmin, İrina Dubtsova, Kristina Orbakayte, Natali, Natalya Podolskaya, Nikolay Baskov, Slava, Stas Pyexa, Filip Kirkorov, Yulianna Karaulova, Yuliya Kovalçuk və başqaları çıxış edəcəklər.

Qeyd edək ki, festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın xalq artisti Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps, "Russkoye radio"nun və "Qızıl qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm