Uzun saçları ilə vidalaşan Manana TANINMAZ HALDA - VİDEO
Bizi izləyin

Magazin1

Uzun saçları ilə vidalaşan Manana TANINMAZ HALDA - VİDEO

Gürcü əsilli müğənni Manana Caparidze “Jara” Beynəlxalq Musiqi Festivalı üçün imicini dəyişib.

Publika.az xəbər verir ki, gürcü əsilli müğənni möhtəşəm musiqi bayramına xüsusi hazırlıq görüb. Əməkdar artist radikal dəyişiklik edərək tünd qara saçları ilə vidalışıb və onları sarı rəngə boyayıb.

Ulduzun obrazı üzərində əvəzolunmaz stilist Anar Ağakişiyev çalışıb. Stilist Manananın "Jara" festivalının növbəti konsert proqramına hazırlıq prosesini instaqramda paylaşıb.

Yeri gəlmişkən, Manana bütün yaradıcılığı ərzində ilk dəfədir ki, saçlarını başqa rəngə boyayıb. O, tədbirə uzun şleyfi olan ağ rəngli kombinezonda gəlib. Səhnə üçünsə ulduz açıq çəhrayı libas seçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm