Ulduzların “Jara”da qırmızı xalı YÜRÜŞÜ baş tutdu - HƏRARƏTLİ KADRLAR
Bizi izləyin

Magazin1

Ulduzların “Jara”da qırmızı xalı YÜRÜŞÜ baş tutdu - HƏRARƏTLİ KADRLAR

Bakıda, “Sea Breeze Resort” istirahət mərkəzində üç gündür davam edən “Jara-2018” Beynəlxalq Musiqi Festivalının konsert proqramları həm iştirakçılara, həm də tamaşaçılara unudulmaz anlar yaşatmağa davam edir.

Publika.az xəbər verir ki, Azərbaycanın üçüncü ildir ev sahibliyi etdiyi “Jara - 2018” Beynəlxalq Musiqi Festivalının üçüncü günündə ulduzların qırmızı xalı üzərində yürüşü baş tutub. Qırmızı xalının qonaqlarını aparıcılar Yana Koşkina və Konstantin Tarasyuk qarşılayıb.

5 saat davam edəcək möhtəşəm konsert proqramında bu gecə A`Studio qrupu, Dan Balan, Elvira T, Jah Khalib, Monatik, Mozgi qrupu, Aleks Malinovski, Aleksandr Panayotov, Aleksandros Tsopozidis, Aleksey Çumakov, Ani Lorak, Band`Eros, Qlyuk’oza, Qriqori Leps, Djiqan, İrina Dubtsova, Karina Xvoynitskaya, Kravts, Lolita, Mari Kraymbreri, Nastasya Samburskaya, Slava, Timur Rodrigez, Yulianna Karaulova, Yuliya Kovalçuk və başqaları səhnəyə çıxaraq öz hit mahnılarını səsləndirəcək. Həmçinin “Leninqrad” qrupunun konserti olacaq.

Xalıdan keçən tanınmış müğənnilər Bakının günəşli havasının, Xəzər dənizindən zövq aldığını və azərbaycanlıların qonaqpərvərliyini xüsusi vurğulayıblar.

Festivalın iştirakçıları arasında əməkdar artist Manana Caparidze ilə Səmra Rəhimli də var.

Qeyd edək ki, festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm