“Jara”nın FİNAL GECƏSİNDƏ möhtəşəm ƏYLƏNCƏ - FOTO
Bizi izləyin

Magazin1

“Jara”nın FİNAL GECƏSİNDƏ möhtəşəm ƏYLƏNCƏ - FOTO

Bakıda, “Sea Breeze Resort” istirahət mərkəzində keçirilən“Jara-2018” Beynəlxalq Musiqi Festivalı yekunlaşıb.

Publika.az xəbər verir ki, Azərbaycanın üçüncü ildir ev sahibliyi etdiyi “Jara - 2018” Beynəlxalq Musiqi Festivalının möhtəşəm finalı həm iştirakçıların, həm də tamaşaçıların yaddaşında xoş izlər qoyub. Bir sözlə, "Jara-2018" öz adını doğruldub: Temperatur bütün festival günlərində 35 dərəcədən aşağı düşməyib. Ümumilikdə 150 ulduz qonaqlar açıq səma altındakı səhnədə böyük fırtına qoparıb.

Festivalın sonuncu günündə Valeriy Meladzenin, Lyubov Uspenskayanın yaradıcılıq gecələri keçirilib. Habelə A’Studio, Denis Klyaver, EMİN, LOBODA, MBAND, Aleksandr Panayotov, Aleksey Çumakov, Albina Canabayeva, Anjelika Aqurbaş, Ani Lorak, VIA Qra, Vera Brejneva, Qlyuk’oza, Qriqori Leps, Danil Buranov, Diana Arbenina, İrina Dubtsova, Polina Qaqarina, Slava, Soso Pavliaşvili, Timur Rodrigez, Yuliya Kovalçuk və başqaları ifaları təqdim edib.

Emin Ağalarov bildirib ki, “Jara” gələn il də keçiriləcək:

“Tamaşaçıları gələn il daha çox sürprizlər gözləyir. Artıq “Jara” festivalı yekunlaşır, lakin avqustun birində mən öz komandamla gələn festivalla bağlı fikir və ideyaları müzakirə etmək üçün görüşəcəyəm. Artistlərin qrafikini tərtib etmək lazımdır ki, növbəti il hər kəs "Jara"da çıxış edə bilsin”.

Valeriy Meladze etiraf edib ki, "Jara" çərçivəsində təşkil olunan yaradıcılıq gecəsində öz köhnə dostları və həmkarlarını görməkdən çox şaddır. Bundan başqa, o, ona çoxdan tanış olan artistlərin yeni tərəfdən kəşf edib:

“Heç kimi fərqləndirmək istəməzdim. Hər kəs çox çalışır, çox həyəcanlanır. Mənim mahnılarım dostlarımın ifalarında başqa cür səslənirdi. Sənətçilərin hər biri ona yeni nəsə verməyə çalışıb. Kompozisiyalar yeni boyalarla çalındı. Ən əsası isə köhnə dostlarım məni sevindirdi”.

Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm