Məşhur müğənninin türk əri həyat yoldaşına xəyanət edərkən YAXALANDI - FOTO/VİDEO
Bizi izləyin

Magazin1

Məşhur müğənninin türk əri həyat yoldaşına xəyanət edərkən YAXALANDI - FOTO/VİDEO

Ani Lorakın türk əri Murad Nalçaçıoğlu ukraynalı ulduza xəyanət edib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ulduzun əri Kiyevin karaoke-klublarının birində görüşdə əsmər qızla səmimi şəkildə söhbət edərkən görüntülənib. İş adamının gənc qızla görüntüləri sosial şəbəkədə yayılıb. “Super.ru” saytının məlumatına görə, cütlük klubu gecəyarısında birlikdə tərk edib.

Portal həmçinin Ani Lorakın ərinin sirli sevgilisi Yana Belyayeva barədə faktlar əldə edib. Ukraynalı qız instaqramda geyim və ayaqqabı ticarətilə məşğul olur. Bundan başqa, Yana tez-tez öz rəfiqələri ilə Muradın Kiyevin mərkəzindəki klubunda əyləncə gecələrində iştirak edir.

Xatırladaq ki, Ani Lorak Bakıda keçirilən 4 günlük "Jara" Beyncəlxalq Musiqi Festivalında iştirak edib. Yuxarıda danışdığımız hadisələr müğənni Azərbaycanda olarkən baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm