Nura Suridən ŞOK AÇIQLAMA: Kişilər buna görə qadınlaşır
Bizi izləyin

Magazin1

Nura Suridən ŞOK AÇIQLAMA: Kişilər buna görə qadınlaşır

Müğənni Nura Suri Feysbuk statusu ilə yenidən diqqətləri üzərinə çəkib.

Publika.az xəbər verir ki, sənətçi iddia edib ki, qidalar bizi mənəvi olaraq zəhərləyir:

“Azərbaycanlılardan xahiş edirəm, nə yediyinizə diqqət edin. Uşaqlarınıza sıyıq, şorba və bu kimi yeməkləri hər gün yedirin. Meyvə-tərəvəzi, həmçinin, toyuqları bölgələrdən, həyətində toyuq saxlayanlardan alın. Hər gün uşaqlarınıza konfet, şokolad, qazlı içkilər və s. almayın. Onları geni dəyişdirilmiş məhsullarla zəhərləməyin. Nə olar kitab oxuyun, onları da savadlı böyüdün. Vallah, sonumuz bu gedişlə yaxşı olmayacaq”.

“Qadınlarda kişiləşmə, kişilərdə qadınlaşma gedir. Məgər, siz bunu görmürsünüz? Hamısı hormonal qidaların təsirindədir. Bu qədər xəstə uşaqlar dünyaya gəlir. Axı, niyə bunların səbəbini düşünmürsünüz? Gözəl və sağlam həyatın açarı savaddır. Televiziyaya az baxın. İnternetdəki oyunları oynamayın. Bütün bunlar bizim beynimizi zibilləyir. Hər gün idmana vaxt ayırın. İmkan daxilində 30 dəqiqə ayaqla gəzin. Bol su için və özünüzü sevin”, - deyə Nura bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm