Röya mübahisə etdiyi bəstəkarın mahnısına klip çəkdirəcək - VİDEO
Bizi izləyin

Magazin1

Röya mübahisə etdiyi bəstəkarın mahnısına klip çəkdirəcək - VİDEO

Xəbər verdiyimiz kimi, müğənni Elnarə Xəlilova ilə tanınmış bəstəkar Muxtar Abseynovun Röyanın başqa bəstəkara aid olan “Mənə sevgidən bəhs et” adlı mahnısının plagiat olduğunu söyləməsi ulduzu özündən çıxartmışdı.

Publika.az xəbər verir ki, bu hadisədən sonra bəzi mətbuat orqanları Röyanın bəstəkar M.Abseynovun onun üçün yazdığı “Nə olsa da, aramızda” mahnısından imtina etdiyi iddia edilib. Məlum olub ki, yayılan iddialar doğru deyil. Əksinə əməkdar artist bu mahnıya İçərişəhərdə yeni klip çəkdirməyi planlaşdırır. Mahnının aranjimanı isə Türkiyədə hazırlanır. O, instaqramda səsyazma studiyasından video paylaşıb və ona klip çəkdirəcəyini elan edib:

“Tural Əsədov, hazır ol, bu mahnının klipinə səndən başqa heç kimi çəkmərəm. Elə burdan bildirim ki, ifa edərkən gözümdə köhnə Bakı canlandı. Bu, mənim sevimli mahnımdır, çünki hər adam bağışlaya bilmir...”

M.Abseynov Publika.az-a verdiyi açıqlamada Röyanın mahnıdan imtina etməsi xəbərlərindən məlumatı olmadığı deyib:

“Mənə maraqlıdır ki, o xəbəri nəyə istinad olaraq yazıblar. Hər halda mənim heç bir insanla problemim yoxdur”.

Картинки по запросу muxtar abseynov

Xatırladaq ki, Röya Ayxan bir neçə gün əvvəl Elnarə Xəlilova və Muxtar Abseynov haqqında bu paylaşımı etmişdi: "Ay Muxtar, sən də bildin? Siz biləni uşaqlar dərib vurublar bazara. O da deyəsən heç keçə bilməyib. Çürüyü varmış. Qaldı gələn ilə"

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm