40 qız və 40 oğlan “Best model” uğrunda mübarizəyə qoşuldu - FOTO
Bizi izləyin

Magazin1

40 qız və 40 oğlan “Best model” uğrunda mübarizəyə qoşuldu - FOTO

“Best Model of Azerbaijan 2018” müsabiqəsinin seçim turu başa çatıb.

Publika.az xəbər verir ki, münsif kürsüsündə Əməkdar artist Tünzalə Ağayeva, şairə Zəhra Bədəlbəyli, modellər Rüstəm Cəbrayılov, İlqar Əliyev, stilistlər Anar Ağakişiyev, Fuad Hacıyev, iş xanımı Ruhi Əliyeva, modelyer Afaq İsmayılzadə, xareoqraf Syama Həsənova və başqalarının yer aldığı yarışmada 40 oğlan və 40 qız növbəti tura keçib.

Növbəti tur zamanı isə 10 oğlan və 10 qız ələnərək, 60 nəfər finala keçəcək. Final tarixi bəlli olmasa da, tədbirin aparıcısının Samir Bayramlı olduğu məlumdur.

Layihənin Milli və Beynəlxalq direktoru Aqil Məmiyev, icraçı direktoru Pərviz Əzimzadə, baş prodüseri Rəna Sultanovadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm