Xərçəngdən əziyyət çəkən "Toppuş" bacıdan ÜRƏKDAĞLAYAN SÖZLƏR: "Ölmək istəmirəm…” - VİDEO
Bizi izləyin

Magazin1

Xərçəngdən əziyyət çəkən "Toppuş" bacıdan ÜRƏKDAĞLAYAN SÖZLƏR: "Ölmək istəmirəm…” - VİDEO

Əməkdar artist Tünzalə Əliyeva ATV kanalında yayımlanan “Bizimləsən” proqramının qonağı olub.

Publika.az xəbər verir ki, aktrisa verilişdə xəstəliyi haqqında danışarkən göz yaşlarına hakim ola bilməyib. T.Əliyeva ağlayaraq xərçəng xəstəsi olduğunu necə öyrəndiyini danışıb:

“Həkim söylədi ki, sizinlə bacı, ya həkim kimi danışım? Cavab verdim ki, həkim kimi. Bundan sonra dedi ki, məndə bədxassəli şiş aşkarlanıb. Ordan düşüb maşına minib “Mən rakam” deyərək hönkürüb ağlamağa başladım. Özümdən heç gözləməzdim... Xərçəng xəstəliyini özümə yaraşdırmadım. Bu xəstəlik məndə 5-6 il əvvəl yaranıb, son vaxtlar inkişaf etməyə başlayıb. Çünki son aylarda yemək yemədim, immunitetim aşağı düşdü. Bir həftə psixoloji durğunluq keçirdim. Hər kəs başıma yığılmışdı, bütün truppa mənimlə birgə ağlayırdı. 10 gün nələr keçirdiyimi mənimlə birlikdə olanlar bilir. Ana-atam bu hadisəni bilmir, heç istəmirəm ki, bilsinlər. İndi ölmək istəmirəm... Qızım Zəhra çox balacadır... Mən onu məktəbə yola salmaq istəyirəm. Onu gözəl paltarda görmək istəyirəm. Amma mən o anı görə biləcəmmi? Buna heç kim zəmanət verə bilməz. Allaha yalvarıram ki, mənə möhlət ver. “Bizimləsən” verilişindən və hamıdan xahiş edirəm ki, mənə kömək edin”.

Sənətçi daha sonra mədə kiçiltmə əməliyyatı keçirtdiyi üçün peşman olduğunu dilə gətirib:

“Çox gücsüz insanam. İçimdəki narahatçılıq hissi qoymur ki, möhkəm olum. Milyonlarla insanın duası sayəsində ayaqda dura bilirəm, o insanlara minnətdaram. Həmçinin xəstəxanada olduğum müddətdə məni tək qoymayan sənət dostlarıma təşəkkür edirəm.

Etdirdiyim əməliyyatlara görə çox peşmanam. Qızıma qayınanam baxır, Zəhra mənim övladım sayılmır, elə bil ki, onun qızıdır. İşlərimdən dolayı evə bəzən gec gəlirdim. Övladımın üzərində onun əziyyəti çoxdur. Hər dəfə evdən çıxanda, əməliyyata gedəndə də qızımı qaynama əmanət edirəm. Hər an hər şey ola bilər, qanım çox aşağıdır, o qədər aşağı düşüb ki, kimyəvi terapiya qəbul edə bilmirəm. Ən böyük dəstəkçim qayınanamdır. İnsan başına iş gələndə adətən anasının yanına gedib dərdini ona danışır, mən bunu edə bilmədim. Qayınanamın və qayınatamın yanına gəldim. Yoldaşımın atası telefonda hər dəfə danışanda mənimlə birlikdə ağlayır.

Yemək yeyə bilmirəm, yemək yeyə bilmədiyim üçün sağalma ehtimalı aşağı düşür. Mədə kiçiltmə əməliyyatından sonra immunitetim tamamilə zəiflədi, iştaham yoxdur. Mədəm yoxdur, boru şəklindədir. Yumurta, zülal qəbul etməliyəm, yeyə bilmədiyim üçün hamısını qaytarıram. İştahanın artması üçün vitaminlər qəbul etməliyəm, o da limfada olan şişləri böyüdür”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm