• USD 1,7000 0,00% EUR 2,0567 -0,75%
    • GBP 2,3990 -0,51% RUB 0,0236 -0,42%

Tanınmış xanım müğənnimizə elçi gəldi: “Dəfələrlə...”

  • Magazin1
  • 20 Sentyabr 2018 05:56
  • 3 139 Baxış
Tanınmış xanım müğənnimizə elçi gəldi: “Dəfələrlə...”

“Eurovision-2016” təmsilçimiz Səmra Rəhimli şəxsi həyatından danışıb.

Teleqraf.com-a açıqlama verən ifaçı bildirib ki, hələ ki, ailə qurmaq barədə düşünmür:

“Əgər sevdiyim şəxsdən evlilik təklifi alsam, qəbul edərəm. Amma hazırda bu barədə düşünmürəm. Ümumiyyətlə, ailə qurmaq barədə heç vaxt fikirləşməmişəm. Çünki anam uşaqlıqdan bizi belə tərbiyə edib. Ailədə iki bacıyıq. Anam hər ikimizə deyib ki, ailə qurmaq üçün heç zaman tələsməyin. Həyatınızı, karyeranızı qurun, daha sonra ailə olsun. Tələsmək lazım deyil. İndi daha çox sual verirlər ki, sən nə vaxt tərpənirsən? İndi bu barədə danışmaq tezdir”.

S.Rəhimli bildirib ki, ona elçi düşənlər var: “Əlbəttə ki, hər bir qadının həyatında elçilik olur. Mənə də dəfələrlə elçi düşüblər. Amma mən ailə qurmaq barədə düşünməmişəm. Gərək mən bir insanı tanıyım, daha sonra nəsə düşünüm”.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR