Safura Əliyeva ilk dəfə ərindən danışdı - FOTO
Bizi izləyin

Magazin1

Safura Əliyeva ilk dəfə ərindən danışdı - FOTO

Azərbaycanı “Eurovision 2010” mahnı müsabiqəsində təmsil edən Safura Əliyeva ilk dəfə şəxsi həyatı haqqında geniş açıqlama verib.

Publika.az xəbər verir ki, bu gün 26 yaşı tamam olan Safura Əliyeva ailə qayğılarının onu yormadığı və səhnə üçün darıxmadığını etiraf edib:

“Bu gün bütün diqqətimi ətrafımda hər dəqiqə baş verən hadisələrə cəmləşdirməyə çalışdım. O həmin məqam idi ki, oğlum ağlayaraq şokolad istəyirdi, qızım isə özündən böyük pijama geyinmişdi, ata dərsdən gələn oğlunu qarşılamaq üçün aşağı düşmüşdü. Mən isə həyəcanla atanın oğlunu gözləməsini müşahidə edirdim. Bunlar əhəmiyyətsiz görünən anlardan biridir, əslində isə onların dəyəri ölçüyəgəlməzdir. Allaha çox minnətdaram ki, mənə belə gözəl həyat bəxş edib.

Və tez-tez verilən “Səhnə üçün darıxırsan?”, “Yenidən oxumaq istərdinmi?” suallarına cavab vermək istəyirəm. Bu da mənim cavabım: Mənim üçün ailəmdən yaxşı və dəyərli heç nə yoxdur. İstəyirəm ki, hər günüm belə xoş qayğılarla başlasın və bitsin. Yanımda sevimli ər, pozitiv oğlum və şirin gözəl qızım... Ad Günün başlanğıcı uğurlu alındı! Doğum Günüm mübarək!”

Xatırladaq ki, S.Əliyeva Azərbaycanı 2010-ci ildə “Eurovision” musiqi yarışmasında layiqli şəkildə təmsil edərək 5-ci yerdə qərarlaşmışdı. Mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurduqdan sonra müğənnilik karyerası ilə birdəfəlik vidalaşan Safura 2 övlad sahibidir.

Fərhad Əliyevin ilk nikahından Aliyə adlı daha bir qızı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm