Xərçəngdən ölən məşhurun xanımı Azərbaycanı BİRDƏFƏLİK TƏRK ETDİ: "Artıq hər kəsdən..." - FOTO
Bizi izləyin

Magazin1

Xərçəngdən ölən məşhurun xanımı Azərbaycanı BİRDƏFƏLİK TƏRK ETDİ: "Artıq hər kəsdən..." - FOTO

2 il əvvəl xərçəngdən dünyasını dəyişən Şahin Zəkizadənin xanımı Səbinə Zəkizadə Azərbaycandan gedib.

Publika.az xəbər verir ki, bu barədə S.Zəkizadə özü məlumat verib. O, ərinin ölümündən sonra mənəvi cəhətdən çox əziyyət çəkdiyini və yorulduğunu bildirib:

“Göydən üç alma düşdü. Biri sənin, biri mənim, biri də nağıl danışanın. Əli balam, bizim də nağılımız burada bitir. Əlvida, gözəl Bakım, gözəl vətənim... Çox şeydən, xüsusilə ətrafdakıların düşüncələrindən yoruldum. Artıq övladımla birlikdə hər kəsdən uzaq yaşamaq istəyirəm. Yeni həyata başlamaq lazımdır. Çox şükür ki, balam var, ona baxıb xoşbəxt oluram. Bir ana kimi... Amma bir qadın kimi xoşbəxt olmaq mənim də haqqımdır. Qəlbimdəki acı isə hər zaman mənimlədir. Lazım olan anda nə qohumlarım, nə də ki, dost dediklərim yanımda oldu”.

Bakıda makiyaj ustası kimi çalışan S.Zəkizadə instaqramını bağlayacağını da bildirib:

“Gözəl instaqram izləyicilərim, buradan da gedirəm. Səbinə Zəkizadə gəldi və getdi”.

İddialara görə, mərhum rejissorun xanımı Türkiyədə yaşayan bacısının yana köçüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm