Xərçəngdən əziyyət çəkən "Toppuş bacı" ilə bağlı TƏQDİRƏLAYİQ ADDIM - VİDEO
Bizi izləyin

Magazin1

Xərçəngdən əziyyət çəkən "Toppuş bacı" ilə bağlı TƏQDİRƏLAYİQ ADDIM - VİDEO

Kino və musiqi dünyasının tanınmış simaları xərçəngdən əziyyət çəkən aktrisa Tünzalə Əliyevaya maddi yardım edib.

Publika.az xəbər verir ki, Toppuş bacı ləqəbi ilə tanınan aktrisa yardım üçün ATV kanalında yayımlanan “Bizimləsən” verilişinə müraciət ünvanlamışdı. Verilişin dünənki buraxılışında proqramın aparıcısı Zaur Baxşəliyev aktrisanın müalicəsi üçün ona pul yardımı edənlərin adlarını açıqlayıb. Məlum olub ki, aktrisa üçün təxminən 15 min manat pul yığılıb.

Lakin məşhurların göndərdiyi məbləğlərin açıqlanması sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Bəzi izləyicilər 100-200 manat pul göndərən Xalq artistlərini qınayıb.

Xatırladaq ki, Xatirə İslam keçən həftə verilişə qonaq gələrək T.Əliyeva üçün məşhurlardan pul yığmaq ideyasını irəli sürmüşdü. Hətta o, özü bir-bir tanınmışlara zəng vuracağını və aktrisa üçün onlardan pul yığacağını bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm