Azərbaycanlı müğənni İtaliyada münsifləri səsi ilə VALEH ETDİ - MÜSAHİBƏ/VİDEO
Bizi izləyin

Magazin1

Azərbaycanlı müğənni İtaliyada münsifləri səsi ilə VALEH ETDİ - MÜSAHİBƏ/VİDEO

"Səs Azərbaycan" və “O Səs Türkiyə”dən tanıdığımız Nofəl Aslanov İtaliyada “San Remo Newtalent” yarışmasında münsifləri heyran edib. Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının məzunu olan ifaçı hazırda İtaliyada yaşayır və orada təhsil alır.

Finala qədər yüksələ bilən həmyerlimiz Publika.az-a müsahibə verib.

- Necə oldu ki, bu yarışmada iştirak etməyə qərar verdiniz?

- İtaliyanın Rimini şəhərində keçirilən San-Remodakı vokal müsabiqəsi haqqında karyeramın lap əvvəlindən xəbərim var idi. Orada iştirak etmək və özümü sınamaq ən böyük arzum idi. Xarici vokal müsabiqələrində obyektivlik daha çoxdur və müsabiqələr ən yüksək səviyyədə keçirilir. Bu yaxınlarda arzum gerçəkləşdi, müsabiqəyə qatılmağa qərar verdim, üstəlik finala qədər yüksələ bildim.

Yaradıcı insan kimi böyük səhnələrdə münsiflərin qarşısında çıxış etmək və izləyiciyə yalnız sevinc bəxş etmək hər zaman başlıca missiyam olub.

- Münsiflərin və digər iştirakçıların sizə qarşı reaksiyası necə oldu?

- Təsəvvür etdiyimdən yaxşı qarşıladılar. Düşünürəm ki, performansım tamaşaçıların çox xoşuna gəldi. Çıxışım boyunca gurultulu alqışlar eşitdim... Hər kəs yaxınlaşdı və məni təbrik etdi... Münsiflər heyətinin qiymətləndirməsi nəticəsində finala vəsiqə qazandım. Təəssüf ki, final gecəsində məğlub oldum. Qətiyyən üzülmürəm, çünki 100 nəfərin arasından finala keçə bildim. Həm Azərbaycanın adını, həm də özümün adını yetəri qədər ucalda bildim. Finala keçəndə bilirdim ki, növbəti mərhələdə məni nə gözləyir. İtalyanların içində tək azərbaycanlı mən idim, hansısa yer verəcəklərinə inanmırdım. Bildiyiniz kimi italyanlar öz millətpərəst xalqdır.

Müsabiqə 3 kateqoriya üzrə aparılırdı: uşaqlar, gənclər və böyüklər. Mən gənclər kateqoriyasında çıxış edirdim. Bu qrupda 30 iştirakçı var idi, mən 4-cü yerdə qərarlaşdım.

- Onları nə ilə təəccübləndirə bildiniz?

- Əlbəttə ki, səsimlə və ifa etdiyim mahnı ilə. Andrea Bocellinin “Mi machi” kompozisiyasını oxudum. Bu mahnı zamanımızın şah əsərlərindən biridir.

- Münsif üzvləri kimlər idi?

- Hər biri İtaliyanın görkəmli simalarıdır. Aralarında müsiqişünas, bəstəkar və vokal üzrə məşhur müəllimlər var idi. Münsiflərdə oturan maestrolardan biri mənə yaxınlaşıb təbrik etdi. Daha sonra o, “Həqiqətən çox gözəl səsə və istedada maliksən, yoluna davam et. Bundan da böyük nəticələr əldə edəcəksən” , - deyə əlavə etdi.

- Bilirik ki, Azərbaycanda şou-biznes toylar üzərində qurulub. Siz toylarda çıxış edirsiniz?

- Toylarda yalnız öz dostlarımın və qohumlarımın təkidi ilə oxuyuram... Böyük səhnə və böyük tamaşaçı qarşısında oxumağa üstünlük verirəm.

- Təhsilinizi bitirdikdən sonra qayıtmağı düşünürsünüz?

- Təbii ki, təhsilimi bitirdikdən sonra Azərbaycana qayıdacam. Azərbaycan əziz vətənimdir. Hər zaman məqsədim olub ki, Azərbaycanı hər yerdə layiqincə təmsil edim.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm