• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Azərbaycan səhnəsinin 57 yaşlı Məcnunu: "Ruhən özümü..." - AÇIQLAMA

  • Magazin1
  • 1 Oktyabr 2018 15:32
  • 509 Baxış
Azərbaycan səhnəsinin 57 yaşlı Məcnunu: "Ruhən özümü..." - AÇIQLAMA

Tanınmış Xalq artisti, xanəndə, “Leyli və Məcnun” operasında Məcnun rolunun mahir ifaçısı Mənsum İbrahimovun bu gün 57 yaşı tamam olur.

Publika.az xəbər verir ki, sənətçi bu əlamətdar gündə təəssüratlarını bizimlə bölüşüb:

“Ruhən özümü 57 yaşında hiss etmirəm. Ümumiyyətlə, yaradıcılıqla məşğul olanlar ruh adamı olur. Rəqəmlər simvolik məna daşıyır, əsas odur ki, ovqat, əhval-ruhiyyə həmişə yüksək səviyyədə olsun. Daim tədbirlərdə, səfərlərdə və gözəl məclislərdə iştirak edirəm. Hələ ki, qocalmağa vaxt yoxdur. Görməli işlərim çoxdur. Əldə etdiyim bütün uğurlara görə Allahıma şükr edirəm. Hər açılan səhərə şükr edərək oyanıram. Hər yaşı yaşamaq və sağlam qocalmaq özü böyük xoşbəxtlikdir. Bu, hər kəsə nəsib olmur. Həm özümə, həm də xalqımıza sağlam şəkildə yaşa dolmağı arzu edirəm”.

Artist zahirən cavan görünməsini dünyaya nikbin nəzərlərlə baxması ilə izah edib:

“Daxili dünyamda yaxşılıqdan, insanlara məhəbbətdən başqa, neqativ heç nə yoxdur. İçimdə hər zaman pozitiv enerji var".

M.İbrahimov əlavə edib ki, doğum günlərini həmişə birinci həyat yoldaşı təbrik edir:

“İllərdir ki, doğum günündə məni birinci olaraq həyat yoldaşım və övladlarım təbrik edir. Dünən axşam da belə oldu, təbriklərə hətta nəvəm də qoşuldu. Bundan böyük xoşbəxtlik ola bilməz. Çünki ailəmə müqəddəs hisslərlə bağlıyam. Bir azərbaycanlı kimi başqa cür ola bilməzdi.

Uşaqlığım Ağdamda keçib, o vaxt doğum günlərini təmtəraqlı şəkildə qeyd etmirdik. Rayonda ailəmin nəyə imkanı çatırdısa, onu hazırlayırdı. Amma xoşbəxt idik, çünki valideynlərimiz, doğmalarımız yanımızda idi. Ömrümün ən gözəl baharı o illərə təsadüf edir. Qarabağda yaşamaq izaholunmaz bəxtəvərlik idi. Çox təəssüf ki, torpaqlarımızın 20 faizi işğal altındadır. Lakin bu yaxınlarda məndə böyük inam yaranıb ki, ali baş komandanımızın rəhbərliyi ilə yenidən doğma yurd-yuvamıza qayıdacağıq”.

Aytən

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>