• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Tolik Natavan Həbibi ilə ərinin münasibətləri haqqında SİRRİ ÜZƏ ÇIXARDI

  • Magazin1
  • 3 Oktyabr 2018 09:56
  • 2 998 Baxış
Tolik Natavan Həbibi ilə ərinin münasibətləri haqqında SİRRİ ÜZƏ ÇIXARDI

Tarix Əliyevin (Tolik) “Hər şey daxil” verilişində müğənni Natavan Həbibi ilə Səid Əliyevin (reper -Dado) ailə həyatını müzakirəyə çıxarması qalmaqalla başa çatıb.

Publika.az xəbər verir ki, Türkiyənin tanınmış bioenergetiki Mehmet Sakan dünən “Hər şey daxil” verilişində qonaq olub. Verilişin aparıcısı və tanınmış prodüser bioenergetik mütəxəssisinə Natavan Həbibi və reper əri Dadonun münasibtələri barədə “Çoxları deyir Natavanla Dadonun nikahı saxtadır. Bu, belədirmi” , -deyə sual verib. Mehmet Sakan suala “Evlilikləri saxta deyil. Amma aralarında çox ciddi sevgi bağlılığı yoxdur” cavabını verib.

Tolikin bu addımı Natavan Həbibini özündən çıxarıb. O, bu barədə İnstaqram səhifəsində “Bir detektiv tut, bizi araşdırsın. Daşım ağır olub. Birinə dəyəndə də bərk dəyir, bu da var” yazaraq Tolikə söz atıb.

Tolik isə “Sən özün heç 50 kiloqram deyilsən, daşın da uzağı olsun 10 kiloqram. Amma mənim daşım 100 kiloya yaxındır” yazıb. N.Həbibi isə “Sənlə bunları keçmişik. Heç aidiyyəti yoxdur. Sənə olan sözümü səhifəndə yazmışam” deyərək mübahisəyə son qoyub.

Məlumat üçün bildirək ki, bir neçə il əvvəl prodüserlə müğənni arasında ciddi qalmaqallar yaşansa da, küskünlüyü unudub barışmağa qərar vermişdilər.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR