Enrike İqlesias azərbaycanlı gözələ qeyri-adi hədiyyə göndərdi - FOTO
Bizi izləyin

Magazin1

Enrike İqlesias azərbaycanlı gözələ qeyri-adi hədiyyə göndərdi - FOTO

Ukraynada yaşayan azərbaycanlı model Fəridə İbrahimova ispan müğənnisi Enrike İqlesiasdan qeyri-adi hədiyyə alıb.

Publika.az xəbər verir ki, ifaçı bir neçə gün əvvəl Kiyevdə konsert verib. Konsertdən sonra “Miss Ukrayna” yarışının vitse-gözəli Fəridə İbrahimovaya “Ukraynada yaşayan ən gözəl azərbaycanlı qıza” yazısı ilə gül dəstəsi yollayıblar. F.İbrahimova hesab edir ki, gül dəstəsini ona Enrike İqlesias göndərib. Bu barədə model İnstaqramda məlumat verib. O, ispaniyalı müğənninin ona yolladığı gülün şəklini paylaşaraq təşəkkür edib:

"Sağ olun, əzizim Enrike İqlesias. Sən - mənim qəhrəmanımsan. Ümid edirəm ki, bunu sən yollamısan. Allah səni mənə çox görməsin”.

Qeyd edək ki, Fəridə İbrahimova əsasən Ukraynada yaşayır və işləyir. O, bir çox Ukrayna brendlərinin üzüdür. Model həm Ukraynada keçirilən bütün həftələrin, həm də Azərbaycanda tanınmış dizaynerlərin dəfilələrində iştirak edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm