• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Əməkdar artist 3 ƏRİNİ DƏ BOŞADI - FOTO

  • Magazin1
  • 4 Oktyabr 2018 11:38
  • 7 039 Baxış
Əməkdar artist 3 ƏRİNİ DƏ BOŞADI - FOTO

Dünən Nizami Kino Mərkəzində “Milyonluq quş” filminin təqdimat mərasimi baş tutub.

Publika.az xəbər verir ki, azərbaycanlı və türkiyəli məşhurların birlikdə çəkildiyi komediya filmi “Artlemma” şirkətinin istehsalıdır. Ekran işində baş rollarda Türkiyənin populyar sənətçiləri Ufuk Özkan, Mehtap Bayri, Gökçe Özyol və Azərbaycanın tanınmış aktyoru Müşviq Şahverdiyevlə Dilarə Əliyeva çəkilib.

Eləcə də Aysel Nazim, Nofel Şahlaroğlu, Qurban Məsimov da sözügedən filmdə yaddaqalan obrazlar yaradıblar. Filmin ssenarisi Təvəkkül Mehrəliyevə aiddir.

Qala gecəsində iştirak edən türkiyəli aktyor Gökçe Özyol film haqqında təəssüratlarını bizimlə bölüşüb:

“Azərbaycanlı həmkarlarla eyni filmdə rol almaqdan məmnunluq duyuram, çəkilişlər çox əyləncəli keçdi. Qardaş ölkədə bizi çox yaxşı qarşıladılar. Təəssüf ki, Bakını gəzməyə fürsətim olmayıb. Bildiyiniz kimi, bizdə seriallar 150 dəqiqədir, odur ki, Ufuk Özkanla Mehtap Bayri çəkilişlərindən dolayı Bakıda keçirilən qala gecəsinə gələ bilmədi. Türkiyədə film artıq kinoteatrlarda nümayiş olunur və kifayət qədər izləyici toplaya bilib. Şübhə etmirəm ki, Azərbaycanda da izləyici toplaya biləcək. Filmdə dələduzluq edən obrazı canlandırıram. Dələduzluq bu gün komediya üçün maraqlı mövzulardan biridir. Çünki gerçək həyatda tez-tez belə insanlarla qarşılaşırıq. Çalışıram ki, belə adamlardan uzaq durum”.

Əməkdar artist Dilarə Əliyeva film çəkilişlərindən böyük zövq aldığını ifadə edib:

“Təəssüratlarım çox rəngarəngdir. Ssenarisi çox güclüdür, tamaşaçıları ürəkdən güldürə biləcəyik. Türk aktyorlarla birlikdə çalışmışıq ki, ortaya gözəl ekran işi çıxsın. Layihədə çox mürəkkəb xarakterə malik, nə istədiyini bilən və onu əldə edən, həmçinin kaprizli, hətta 3 ərini boşamış qadın rolunu canlandırmışam. Ərlərini ona görə boşayıb ki, səs-küy ediblər. Çox güclü xarakteri ilə seçilir, bu vaxta qədər oynamadığım rollardan fərqlənir. Türklər demiş “mafia babası”nı canlandırmışam. Bu rolla mənim oxşar tərəfləri odur ki, Dilarə Əliyeva da nə istədiyimi bilən qadındır, amma kaprizli deyil”.

Müşviq Şahverdiyev də filmdən gözləntilərinin çox böyük olduğunu deyib:

"Bu iş mənim üçün tam fərqlidir. İlk dəfə ölkədən kənarda rol aldım. Həmin filmdə Türkiyənin tanınmış aktyorları ilə çalışdıq. Sözügedən filmdə oynamağı mənə dostumuz Təvəkkül Mehrəliyev təklif etdi. Filmdə qardaş ölkənin çox məşhur simaları yer alsa da, film əsl Azərbaycan filmidir. Əvvəl tərəddüd edirdim, birdən özümü yaxşı göstərə bilmərəm. Çünki türk dilində axıcı danışmıram. Ufuk özü də bildirdi ki, mənə də Azərbaycan dilində ssenari verilsə, mən də çətinlik çəkərəm. Bakıya qayıdan kimi 3 günə ssenarini oxuyub əzbərlədim. Qarşıma məqsəd qoydum ki, ölkəmizi layiqincə təmsil edim. Bəli, bu film mənim üçün Türkiyə bazarına qapı ola bilər. Gözləntilərim çox böyükdür. Türklərin böyük media saytları məndən yazıb danışırdılar. Bu xəbərləri görəndə sevincdən bədənim əsirdi. Oranın mətbuatının məndən yazması böyük uğurdur. Məni "kahkaha makinesi" kimi təqdim edirdilər”.

Filmin prodüsseri və ssenaristi Təvəkkül Mehrəliyev də filmdən çox böyük uğur gözlədiyini dilə gətirib.

Qala gecəsində Xalq artistləri Sənubər İsgəndərli, Məleykə Əsədova, Əməkdar artist Vəfa Zeynalova, aktyor İlkin Həsəni, İslam Mehrəliyev, Azər Axşam, aparıcılardan Lalə Azərtaş, Cavid Gül, Zümrud Bədəlova, aktyor Murad İsmayıl və nişanlısı Ülviyyə Xəlilbəyli, müğənni Zamiq Hüseynov və başqaları iştirak edib.

Qeyd edək ki, "Milyonluk Kuş" filmi, öz hekayəsi və çəkim keyfiyyəti ilə, indidən bir çox kinoşünas tərəfindən müsbət qarşılanıb.

Aytən,

Foto: Səfiyar Məcnun

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR