Xatirə "Toppuş bacı" haqqında: "Elə bildim ki, dərman almağa pulu çatmır...”
Bizi izləyin

Magazin1

Xatirə "Toppuş bacı" haqqında: "Elə bildim ki, dərman almağa pulu çatmır...”

Müğənni Xatirə İslam bildirib ki, xərçəngdən əziyyət çəkən aktrisa Tünzalə Ağayevanın müalicəsinə dəstək ola bilmək üçün maddi yardım edib.

Publika.az xəbər verir ki, müğənninin izləyiciləri onun Tünzalə Əliyevaya yardım etməsini alqışlamayıb. Belə ki, izləyiclərdən biri sənətçini aktrisaya maddi kömək etdiyi üçün qınayıb və bunları yazıb:

"Sizin səsinizə sözüm yoxdur, hər zaman var olun. Amma son zamanlar Tünzaləyə görə sizə qiymət verən böyük tamaşaçı kütləsini itirdiniz. Bundan sonra sizi dəyərli bildiyim müğənnilərin siyahısından silirəm".

Xatirə İslam izləyicisinin kəskin sözlərini cavabsız qoymayıb. Müğənni Tünzalənin pulu ipoteka krediti üçün yığmasından xəbərsiz olduğunu deyib:

"Niyə sildiniz məni? Pulu yığıb, cibimə qoydum? Yoxsa özümə paltar aldım? Elə bildim ki, dərman almağa, müalicə olub sağalmağa imkanı çatmır və bunu etdik. Mən haradan bilim ki, onun ev problemi var? Məni belə şeylərə qarışdırmayın".

Xatirə bu açıqlamasından sonra yazılan şərhləri bağlayıb və rəyini silib.

Məlumat üçün bildirək ki, Xatirə T.Əliyeva üçün müğənnilərə zəng vurub pul yığaraq "Bizimləsən" verilişində aktrisaya təqdim etmişdi. Sonradan məlum oldu ki, "Toppuş bacı" ləqəbli aktrisa müalicəsi üçün deyil, evinin kirayə pulunu ödəyə bilmədiyi üçün verilişə çıxaraq yardımç istəyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm