"Zəif kişi ilə ailə qura bilmərəm" - Müğənnidən cəsarətli mesaj
Bizi izləyin

Magazin1

"Zəif kişi ilə ailə qura bilmərəm" - Müğənnidən cəsarətli mesaj

"Ailə quracağım insan xasiyyət və güc baxımından məndən güclü olmalıdır"

Publika.az xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan ATV-də yayımlanan "Zaurla Günaydın" verilişinə qonaq olarkən deyib. Sənətçi səmimiyyəti ilə ona verilən sualları cavablandırmağa çalışıb. Şəxsi həyatı və ailə qurmaması ilə bağlı suala isə belə cavab verib:

"Ailə qurmaq çox ciddi və məsuliyyətli məsələdir. Bu barədə qərar vermək mənim üçün qəlizdir. Heç vaxt xasiyyət və güc baxımından məndən zəif kişi ilə ailə həyatı qura bilmərəm. İstəyirəm ailə quracağım şəxs məndən güclü olsun. Sözü, özü bir və keçərli olsun".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm