Nura Suri ilə Tünzalə Ağayeva arasındakı qalmaqal ALOVLANDI: “Utansaydı barı”
Bizi izləyin

Magazin1

Nura Suri ilə Tünzalə Ağayeva arasındakı qalmaqal ALOVLANDI: “Utansaydı barı”

Əməkdar artist Tünzalə Ağayeva ilə müğənni Nura Suri arasındakı qalmaqal yenidən qızışıb.

Publika.az xəbər verir ki, Tünzalə Ağayeva "ATV maqazin onlarla" verilişində küsülü olduğu həmkarları ilə barışmaq istəmədiyini deyib. Əməkdar artistin bu sözləri Nuranı qəzəbləndirib. Nura sosial şəbəkədə paylaşılan bu xəbərə qalmaqallı sözlər yazıb:

"Hamı pisdir, bir bu yaxşıdır. İnsan niyə özünü hamıdan üstün görsün ki? Bu nə kompleksdir? Nə qədər bu insanın adı qalmaqallarda hallandı, utansaydı barı. Əri nələr dedi, qalanları bir kənara".

Qeyd edək ki, Nuranın “ATV maqazin onlarla” verilişində dediyi “Özünü hər kəsdən üstün görür” sözləri qarşı tərəfin xoşuna gəlməmişdi. T.Ağayeva isə Nuranı müğənni hesab etmədiyini söyləmişdi.

daha sonra Nura feysbukda Ağayevanın keçmiş həyat yoldaşı Rəhman Əliyevin müsahibəsini paylaşaraq həmkarını susdurmuşdu:

“Tünzalə Ağayeva bütün xəbərləri sildirə bilər, amma insanların yaddaşını yox. Keçmiş həyat yoldaşı Rəhman Əliyevin efirdə, saytlarda dediklərini yutub və quqldan sildirib. Yəqin ki, öz yaddaşından da silib. Mən pul verib qran-pri almıram, mükafat və ya “raskrutka”ya pullar tökmürəm. Tünzalə Ağayeva ilə eyni tədbirdə oluruq. Hətta qardaşının toyunda da oxumuşam. “Çox sağ ol”u budur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm