Əməkdar artistdən efirdəki o qalmaqallı hərəkəti barədə ŞOK SÖZLƏR: “Əcəb etmişəm” - VİDEO
Bizi izləyin

Magazin1

Əməkdar artistdən efirdəki o qalmaqallı hərəkəti barədə ŞOK SÖZLƏR: “Əcəb etmişəm” - VİDEO

Əməkdar artist Mehriban Xanlarova sosial şəbəkələrdə və mətbuatda tənqid edilən “Canım sizə desin” proqramı ilə bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, aktrisa bu mövzu ilə bağlı video şəklində açıqlama yayıb. O, verilişdə şpaqat açmasını aktrisa olması ilə izah edib:

"Hər kəs bilir ki, aktrisayam. Əgər efirdəyəmsə, hər bir obrazı məharətlə yerinə yetirməliyəm. Azəri Vandam qonağım idi, ona hörmətsizlik olmasın deyə onunla şpaqat açmaq istədim. Halbuki bunu bacarmıram. Hər kəs gördü ki, şpaqat aça bilmədim. Sadəcə olaraq qonağıma hörmətlə yanaşıb onun etdiyi hərəkətləri təkrarladım. Azəri Vandam bundan sonra verilişimə qonaq gəlsə, ona yenə hörmətlə yanaşaram. O da bizim bir azəri balamızdır. Küçədə insanları başıma yığıb bunları reklam üçün etməmişəm ki? Etmişəmsə, əcəb etmişəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm