Bakıda türk ulduzlarının iştirakı ilə qala gecəsi
Bizi izləyin

Magazin1

Bakıda türk ulduzlarının iştirakı ilə qala gecəsi

Nizami Kino Mərkəzi noyabrın 7-də kinosevərləri “Dünya hali” romantik komediya filminin qala gecəsi ilə sevindirəcək.

Kino Mərkəzindən Kult.az-a bildirilib ki, filmin baş qəhrəmanları - türk ulduzları Murad Dalkılıç və Melis Sezen ekran əsərinin qala gecəsində iştirak etmək üçün Bakıya gələcəklər.

Qeyd edək ki, rejissor Ömer Canın çəkdiyi ekran işində aşiq olma qorxusu olan Serdarın və onun xoşlandığı gənc qadın Gizemin eşqə doğru gedən yollarından bəhs edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm