Emin Ağalarovdan Azərbaycanla bağlı MÖHTƏŞƏM İŞ - VİDEO
Bizi izləyin

Magazin1

Emin Ağalarovdan Azərbaycanla bağlı MÖHTƏŞƏM İŞ - VİDEO

Xalq artisti Emin Ağalarov musiqiçi və prodüser dostu Maksim Fadeyevlə birlikdə Azərbaycanla bağlı möhtəşəm mahnı hazırlayıb.

Publika.az xəbər verir ki, bu barədə sənətçi özü instaqramda məlumat verib:

“Dəyərli dostum Maksim Fadeyevlə "Mənim Azərbaycanım" adlı yeni duetim. Bu mahnı doğmalar haqqındadır. O, ana, vətən, bir çox səmimi və məhrəm duyğulardan danışır. Burada ən həqiqi və səmimi hisslər və emosiyalar təsvir olunub. Maks şah əsəri yaradıb və mən belə gözəl hədiyyəyə görə ona minnətdaram. Musiqinin müəllifi: Maksim Fadeyevdir. Mətnin müəllifləri isə Maksim Fadeyev və Olqa Serybkinadır”.

Daha sonra sənətçi əlavə edib ki, tezliklə azərbaycanlı dinləyicilərini solo konsert proqramı ilə sevindirəcək. Fevralın 16-də Bakı Konqres Mərkəzində Emin Ağalarovun solo konserti baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm