Pərvin Abıyeva gecəyarı yağışın altında görün NƏ ETDİ - - VİDEO
Bizi izləyin

Magazin1

Pərvin Abıyeva gecəyarı yağışın altında görün NƏ ETDİ - - VİDEO

Aktrisa Pərvin Abıyeva yağışın altında rəqs edib.

Publika.az xəbər verir ki, Türkiyəyə köçməyə hazırlaşan aktrisa dünən gecə saatlarında başlayan yağış zamanı avtomobilini küçədə saxlayaraq rəqs etməyə və göydən düşən damlalardan zövq almağa başlayıb. O, bu görüntüləri sosial şəbəkədə paylaşaraq yağışlı havanın vurğunu olduğunu qeyd edib.

Yeri gəlmişkən, dünyanın romantik təbiət hadisəsi sayılan yağışı sevən insanlara pluviofil deyirlər. Əgər pluviofilsinizsə, təkcə yağış yağmasına sevinmir, həm də yağışlı günləri digər bütün günlərdən daha üstün hesab edirsiniz və bu günlər sizi xoşbəxt edir.

Pluviofillər həyatın çətin məqamlarında “bu da keçəcək” – deməyi üstün tuturlar. Həqiqətən də çətinliklərin öhdəsindən ləyaqətlə gəlməyi bacarırlar. Unutmurlar ki, göy qurşağının yaranması üçün mütləq əvvəlcə yağış yağmalıdır. Pluviofillər yağış yağanda, saçları və makiyajları korlansa da, buna əhəmiyyət vermir və heyrətamiz bir şəkildə yenə də gözəl görünürlər. Bu insanlar şikayət etmək və mənfi bir şey axtarmaqdansa, hər anda bir gözəllik tapmağa çalışır və bir çox hallarda buna nail olurlar. İstənilən məsələyə daha nikbin yanaşır və problemi də dərhal həll etməyə meylli olurlar.

Yağışı sevən insanlar öz təcrübələrindən zövq alan insanlardır. Pluviofillər yağışdan sonra yaranan qoxunu çox sevirlər. Hətta, yağış suyunun dadını bilən bu insanlar, göydən damlalar düşdüyü zaman əllərini sevinclə havaya qaldırıb, buludlara təşəkkür edəcək qədər sevincli olurlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm