Magazin1
Türkiyəli məşhurlar BAKIDA: Allah heç kimə belə bir iztirab verməsin - FOTO
Xəbər verdiyimiz kimi, prodüser Ömər Can türkiyəli müğənni Murad Dalkılıç, aktrisa Melis Sezen və Serenay Aktaş baş rollarda çəkildikləri “Dünya Hali” romantik komediya filminin qala gecəsi üçün Bakıya gəlib.
Publika.az xəbər verir ki, film qəhrəmanları qırmızı xalıdan keçdikdən sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Bakıya bir neçə dəfə gəldiyini deyən Murad Dalkılıç şəhərimizə və Azərbaycan mahnılarına heyran qaldığını ifadə edib.
Murad Dalkılıç:
- Bakı haqqında təəssüratlarınızı eşidərdik?
- Dəfələrlə Bakıya gəlmişəm, sonuncu dəfə Olimpiya Stadionunda konsert proqramı ilə çıxış etmişdim. Hər səfərimdə heyran oluram. Bütün dostlarıma məsləhət görürəm ki, Azərbaycana gəlsin. Odur ki, böyük məmnuniyyət gəldim.
- Murad bəy, filmdə aşiq olmaqdan qorxan obrazı canlandırırsınız. Sizcə, bir insan aşiq olmaqdan niyə qorxsun ki?
- Aşiq olmaqdan qorxmaq lazım deyil. Başqa cür həyatdan zövq almaq mümkün deyil, sevgi bizim ən güclü motivasiya qaynaqlarımızdan biridir. Hər bir insan eşq acısını, ağrısını və dərdini çəkməlidir. Aşiq olan insanın gördüyü iş də bambaşqa olur. Allah heç kimə belə bir iztirab verməsin. Mən də zatən eşq iztirabı yaşamıram. Filmdə sevmək fobiyası olan adamı təqlid edirəm.
Melis Sezen:
- Melis xanım, siz necə bir rolu canlandırmısınız?
- Gizem xarakterini canlandıram. İlk dəfədir ki, təmiz qəlbli müsbət qəhrəmanı oynayacam. Odur ki, bu rol mənim üçün çox qiymətlidir. Gizem filmdə Serdarın platonik olaraq aşiq olduğu pozitiv bir xanımdır. Jurnalda müxbir çalışan Gizem filefobiyası olan insandan müsahibə almalıdır. Serdar Gizemlə əlaqə saxlamaq üçün özünü filefobik insan kimi qələmə verir. Bir az da Serenay danışsın.
Serenay Aktaş:
- Filmdə mən çox dəli-dolu, modabaz və barda çalışan Masal rolunu ifa etmişəm. Fikrimcə, gülməli bir film ərsəyə gətirə bilmişik. Bu filmi hər kəs gündəlik həyatda sevgini və sevdiyi insanın ona verdiyi dəyişimi, həyəcanı düşünərək və hiss edərək izləyərsə, daha ürəkdən gülə biləcəklər.
Ömər Can:
- Film çəkilişləri nə qədər davam etdi və hansı çətinliklərlə üzləşdiniz?
- Təxminən bir ay davam etdi. Çətinliklər olmadı, filmi deyib-gülərək çəkdik.
Murad Dalkılıç:
- “Dünya Hali” filmi sizin ikinci işinizdir?
- Bəli, əvvəllər filmlərdə xırda rollarım olub. Bu isə karyeramda ilk böyük işimdir. Belə gözəl və şirin bir filmin qəhrəmanı olmaqdan zövq aldım. İkincisi, "Dünya Hali" yaradıcı insan kimi mənə pozitiv enerji verdi.
Ölkəmiz son vaxtlarda çətin dönəmlərdən keçdi. Odur ki, insanların üzünü güldürən layihələr həyata keçirmək istəyirik. Çəkiliş prosesində xeyli əyləndik, ağzımız qulaqlarımızda idi. Filmə baxarkən də eyni zövqü aldıq.
- Murad bəy, bir çox aktyor film sənayesinə qoşulduqdan sonra müğənnilik fəaliyyətindən uzaqlaşır. Sizdə vəziyyət necədir?
- Musiqini atmaq fikrim yoxdur, həyatda hər şeyə onun sayəsində sahib olmuşam. Həyata baxışımı musiqinin köməyi ilə qazanmışam. İxtisasca teatr aktyoruyam, eyni zamanda televiziya və film üzrə magistraturanı bitirmişəm. Bir sözlə, bu işin təhsilini almışam. Bu baxımdan film sektorunda olmamaq akademik karyerama təhqir olardı.
- Bizim yerli məşhurlarla ortaq layihədə iştirak etmək istərdinizmi?
- Gözəl layihə təklif edilərsə, niyə də olmasın. Mədəniyyətlərimizi həmişə təbliğ etməli və iç-içə yaşatmalıyıq. İki il əvvəl musiqi ilə bağlı bir layihə həyata keçirmək üçün Bakıya gəlmişdim, müəyyən səbəblərdən dolayı durğunluq yarandı. Lakin yaxın vaxtlarda bu layihəyə başlamağı planlaşdırıram. Sizin mahnılarınıza aşiqəm. Bunu hər zaman hər yerdə dilə gətirirəm.
Aytən,
Foto: Səfiyar Məcnun
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO