İradə İbrahimova SÜKUTU POZDU: “Qızılları, gümüşləri ilə...” - FOTO
Bizi izləyin

Magazin1

İradə İbrahimova SÜKUTU POZDU: “Qızılları, gümüşləri ilə...” - FOTO

"Allah içində nifrət, hirs duyğularıyla boğuşan insanları əfv etsin. Sən, mən, o, kimdir ki? Əvvəlcə Allah onları bağışlasın. O nə desə odur. "Xeyirlisi", "qismətsə" deyilən kəlimələr var. Nəsib nə gözəl bir sözdür, nə gözəl bir ehtimaldır. "Allah nə yazıbsa, o da olacaq" deyəndən qorxmayın, qarşına keçib biri sənə "mən həyatdan istədiyim hər şeyi alaram, ya da aldım" dedisə, o cümlələri unutmayacaqsan. Bir gün təkrar xatırlamaq üçün deyil, yaşarkən öyrəndiyini görmək üçün..."

Publika.az xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan müğənni İradə İbrahimova instaqramda yazıb. O, ad çəkməsə də, sosial şəbəkədə ünvansız şəxsə söz atıb:

"Sual vermək istəyən gözlərlə baxacaqsan, danışmayacaqsan, səsini çıxartmayacaqsan, sadəcə baxaraq soruşacaqsan. Nə oldu, alaram, aldım dediyin haradadır? Cavab bəllidir. O, getmək istədiyi, olmaq istədiyi yerdədir.

Hər gün biri çıxar, "mənəm mən" deməyə başlayır. Qızılları, gümüşləri ilə lovğalanır. Tam işləri arzu etdiyi kimi getməyə başlayar, əcəl küncdən çıxar. Bu həyatda ölüm var, ölümü unutmayaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm